Qubada sel körpünü aparıb, kəndlə rayon arasında əlaqə kəsilib - FOTO
20-05-2016, 15:09
Oxunub: 3 873
Quba rayonunun Tülər kəndi ərazisindən keçən Ağ çay üzərində yerləşən körpünü sel aparıb
Bu barədə Tülər kənd icra nümayəndəsi Oktay İsayev məlumat verib.
İcra nümayəndəsi bildirib ki, hər il may ayında çaya sel gəlir və bu sel fəsadsız ötüşmür: "Tülər kəndində 210 fərdi yaşayış evi var və 1 500-dən çox əhali yaşayır. Ötən gecədən başlayaraq, Ağ çayında suyun səviyyəsi artıb və çay daşıb. Nəticədə çayın üzərində yerləşən körpünü sel aparıb. Hazırda kəndlə rayon arasında əlaqə kəsilib. Kəndin 60-dan çox sakini çayın o tayında qalıb, nəqliyyatın hərəkəti məhdudlaşıb".
O.İsayev qeyd edib ki, vəziyyətlə bağlı Qubar Rayon İcra Hakimiyyətinə (RİH) məlumat verilib: "Rayon rəhbərliyinin baş verən hadisə ilə bağlı məlumatı var. Körpünün bərpa olunması üçün rayondan kəndə ağır texnika və canlı qüvvə göndərilib".



("Report")
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər