BolgeXeber.Com » Xəbərlər » Şeyx Əbdüldən Bakı meri haqda sərt sözlər - "Hacıbala Abutalıbov da kölgəyə girib alverlə məşğul olur"

Şeyx Əbdüldən Bakı meri haqda sərt sözlər - "Hacıbala Abutalıbov da kölgəyə girib alverlə məşğul olur"

21-05-2016, 10:16
Oxunub: 2 352 Şeyx Əbdüldən Bakı meri haqda sərt sözlər - "Hacıbala Abutalıbov da kölgəyə girib alverlə məşğul olur""Yeddi nəfərlik ailəmi, körpə balalarımı niyə real təhlükə qarşısında qoyursan”

“Hacıbala Abutalıbov özü üçün qaraj tikib, park salıb. Parkın içində üç dənə kafesi, restoranı... Onun qohum-əqrəbası da camaatın maşınlarını oğurlayıb gətirib burada pul qazanırlar. Haram xoşları olsun, onsuz da haqq dünyasında cavab verəcəklər. Amma mən deyirəm ki, mənim evimi niyə başıma uçurursan? Mənim günahım nədir? Məmləkətdə adım-sanım var. Yeddi nəfərlik ailəmi, körpə balalarımı niyə real təhlükə qarşısında qoyursan”.

Bunu hafta.az-a açıqlamasında Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudov deyib. Əbdül Mahmudov bildirib ki, onun Heydər Əliyev Sarayının yaxınlığındakı evini Bakı meri Hacıbala Abutalıbov yeraltı qaraj tikintisi zamanı uçurub:

“Bununla bağlı üç məhkəmə qərarı da var. Rayon, apelyasiya və Ağır Cinayətlər Məhkəməsinin qərarı əlimdədir. Mənim xeyrimə qərar çıxarıblar ki, bu zavallının evini dağıtmısınız, bunun heç toyuq hini də yoxdur. Onun evini bərpa etməlisiniz.

Erməniləri təhqir edib söydüyümə görə, onları müdafiə edirsənsə, gəl. Kişisənsə gəl elə o parkın ortasında haqq-hesabımızı çürüdək. Mən ağsaqqal kişiyəm, 73 yaşım var. Bu sözləri ona görə deyirəm ki, versin məni məhkəməyə. Onu da etmir. Rəsmi məhkəmə qərarlarını icra etmir, məhkəmə icraçılarının da Hacıbalaya gücü çatmır. Hamısı açıq–aydın deyirlər ki, biz ondan qorxuruq, deyir ki, burada mənəm, Bağdadda kor xəlifə. Dövlətin bu səviyyədəki məmurları belə danışırsa, onda mən nə edim”.

Əməkdar incəsənət xadimi hesab edir ki, Bakı meri Hacıbala Abutalıbovun onunla ədavət aparmasının yalnız bir səbəbi ola bilər:

“Mənim xidmətlərimi də tərəzinin bir gözünə qoysunlar, Hacıbala Abutalıbovun da. Mən bu ölkənin mədəniyyətinə, tarixinə, elminə öz töhFələrimi vermiş bir adamam. Ölkə prezidenti ölkənin gələcəyi üçün işlər görür, Hacıbala Abutalıbov da kölgəyə girib alverlə məşğul olur. Heç kəsi də saya salmır. Əgər Hacıbala Abutalıbov düşünürsə ki, vətənpərvər Şeyx Əbdül Mahmudov bəzi adamlar kimi xaricə üz tutacaq, Avropa İnsan Haqları Məhkəməsinə üz tutacaq, yanılır. Mən buna getməyəcəyəm. Çöldə-bayırda qalsam da, Hacıbala Abutalıbov ölsə də, mən buna gedəsi deyiləm. Mən xalqımı, dövlətimi dünya səviyyəsində gözdən salan adam deyiləm. Amma Hacıbala Abutalıbov ona çalışır. Mən hələ də başa düşə bilmirəm ki, Hacıbalaya nə pisliyim keçib. Nə mübarizə aparmışamsa, o da ermənilərə və onları müdafiə edənlərə qarşı olub”.