Bakıda banka borcu olan şirkət rəhbəri özünü güllələdi
23-05-2016, 16:32
Oxunub: 3 401
Bakıda intihar hadisəsi qeydə alınıb
“Report”un əldə etdiyi məlumata qörə, 1962-ci il təvəllüdlü Söhbət Hacıyev yaşadığı Nərimanov rayonu A.Neymətulla küçəsi ev 79 mənzil 48 ünvanında ov tüfəngi ilə özünə intihar məqsədi ilə atəş açıb. O, hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, S.Hacıyev “İnteryer-S” MMC-nin direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, ötən il "İnteryer-S" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Bank Technique" Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
MMC kredit müqaviləsinə əsasən borcunun silinməsini tələb edir. İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, "İnteryer-S" şirkəti izləmə kameralarının quraşdırılması və sazlanması işi ilə məşğul olur. "Bank Technique" isə 1994-cü ildə "Rəşadbank" adı altında fəaliyyətə başlayıb, 4 il sonra "Texnika Bank", 2012-ci ildən isə "Bank Technique" adlandırılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər