BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda daha bir xəstə özünü xəstəxana binasından atdı

Azərbaycanda daha bir xəstə özünü xəstəxana binasından atdı

2-06-2016, 12:41
Oxunub: 3 485 Azərbaycanda daha bir xəstə özünü xəstəxana binasından atdıƏsgərov hadisə yerində ölüb

Bakıda intihar hadisəsi baş verib.

Bolgexeber.com-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə Respublika Neyrocərrahiyyə Xəstəxanasında qeydə alınıb.

Xəstəxanada müalicə alan Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü Qoşqar İsrail oğlu Əsgərov özünü xəstəxananın 5-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.