Eldar Mahmudov Əhməd Əhmədzadənin 2 milyonunu alıb
2-06-2016, 13:40
Oxunub: 4 876
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun rəhbəri olduğu nazirlikdə yaratdığı mütəşəkkil cinayətkar dəstənin cinayətləri açılmaqda davam edir
Demək olar ki, hər yeni gündə Eldar Mahmudov və onun dəstəsi barəsində ictimaiyyətə sensasion məlumatlar açıqlanmaqdadır.
MTN-dəki dəstə iş adamlarının əmlakına göz dikməsi, hədə-qorxu, şantaj yolu ilə onları müflis etməsi ilə yanaşı həm də ayrı-ayrı yüksək vəzifəli şəxslərdən də rüşvət alıb. Belə faktlardan biri də Gununsesi.info-ya daxil olub. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Eldar Mahmudov vəzifəsini itirməzdən bir neçə ay əvvəl Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin 2 milyon pulunu alıb. Belə ki, Əhməd Əhmədzadə ətrafında əməliyyat hazırlayan MTN rəhbərliyi cəmiyyət sədrini hansısa maliyyə fırıldağında günahlandırmaq istəyib. Bu əməliyyata isə həbs olunduqdan sonra özünü asan MTN Anti- terror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyev rəhbərlik edib.
Çıxılmaz vəziyyətdə qalan Əhməd Əhmədzadə ətrafındakı şəxsləri həbsdən qorumaq üçün tələb olunan 2 milyonu verib.
Məsələ ilə bağlı Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədrinin mövqeyini öyrənmək istəsək də buna nail ola bilmədik. Belə ki, Əhməd Əhmədzadənin köməkçisi onun mövqeyini öyrənib, bizə çatdıracağını desə də buna əməl etmədi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər