BolgeXeber.Com » Xəbərlər » Qulu Məhərrəmli istefa verdi - “İşləməyin bir mənası qalmayıb”

Qulu Məhərrəmli istefa verdi - “İşləməyin bir mənası qalmayıb”

2-06-2016, 15:19
Oxunub: 4 098 Qulu Məhərrəmli istefa verdi - “İşləməyin bir mənası qalmayıb”Tanınmış telejurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri vəzifəsindən gedir

Bu barədə Q.Məhərrəmli özü məlumat verib. Şöbə müdiri işdən çıxması ilə bağlı ərizə yazdığını və rəhbərliyə təqdim etdiyini deyib: “İnstitutdan öz istəyimlə uzaqlaşmaq istəyirəm. Artıq ərizə yazmışam. Lakin hələ ərizəmə baxılmayıb”.

Q.Məhərrəmli işdən çıxma səbəbini də açıqlayıb: “Bir institutda nə qədər işləmək olar? Tofiq Hacılı rəhmətə gedəndən sonra da demişdim ki, bu institutda işləməyin bir mənası qalmayıb artıq”.(AzNews.az)