Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak edib
2-06-2016, 17:46
Oxunub: 3 504
Fransanın Strasburq şəhərində Avropa Şurasının Kibercinayətkarlıq üzrə Konvensiya Komitəsinin (TC-Y) 15-ci plenar iclası keçirilib
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, Avropa Şurasına üzv dövlətlərin, “Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyasına tərəfdar çıxan 70-dən artıq dövlətin və beynəlxalq təşkilatların iştirak etdiyi tədbirdə komitənin icraçı katibi Aleksandr Seger və müavini Kristina Şulman məruzə ilə çıxış edərək beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi vasitəsilə cəmiyyətin kibercinayətkarlıqdan qorumağa yönəlib cinayət hüququ sahəsində ümumi siyasətin prioritet qaydada aparılmasının zəruriliyi barədə geniş məlumat verib. Bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb, informasiyaların qorunması və mübadiləsi, hüquqi yardım haqqında istintaq sorğularının icrası, ekstradisiya məsələləri və s. müzakirə edilib.
Tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunu təmsil edən Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov kibercinayətkarlıqla mübarizə sahəsində ölkədə həyata keçirilən işlər, o cümlədən konvensiyadan irəli gələn və milli qanunvericiliyə inkorporasiya edilən müddəalar haqqında ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb. Həmçinin hüquqi yardımın göstərilməsi ilə bağlı tətbiq olunması planlaşdırılan vahid formalarla bağlı təkliflər irəli sürülüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər