BolgeXeber.Com » Xəbərlər » Deputat Facebookdakı profilinə əcaib ad qoyub-FOTOLAR

Deputat Facebookdakı profilinə əcaib ad qoyub-FOTOLAR

11-06-2016, 11:39
Oxunub: 3 706 Deputat Facebookdakı profilinə əcaib ad qoyub-FOTOLARSona Əliyeva digər həmkarlarından fərqli olaraq sosial şəbəkələrdə mənası kimsəyə məlum olmayan «MA MA MA» adından istifadə edir

Azərbaycanda hər cür qəribəliklərə rast gəlmək mümkündür. Hələ ötən günlərdə yazmışdıq ki, siyasi arenamızda olanların xüsusi ayamaları, ləqəbləri var. Bəzilərinə «Badımcan», bəzilərinə «Ördək», bəzilərinə də bir başqa ad qoyublar. Amma onların heç biri bu ayamalardan istifadə etməyib, hətta edənlərə də qınaqla yanaşıblar.
JAM.AZ xəbər verir ki, deputatlar arasında ayama və ya ləqəb sahiblərinin varlığı və ya yoxluğu barədə elə də müfəssəl məlumat yoxdur. Bilinən odur ki, Milli Məclisdə əyləşən 125 deputatın demək olar ki, hamısının sosial şəbəkələrdə hesabları var. Xüsusən də, Facebookda həddindən artıq aktiv deputatlarımız var ki, onlar arasında Qənirə Paşayeva, Aydın Mirzəzadə və ya Fazil Mustafanı göstərə bilərik. Demək olar ki, bu millət vəkilləri öz fəaliyyətləri barədə mütəmadi olaraq məlumatları məhz sosial şəbəkələr vasitəsiylə yayımlayırlar.
Lakin deputatlarımızdan biri bir qədər qeyri-adi yol seçib. JAM.AZ-ın elektron ünvanına daxil olan məlumatda qeyd edilir ki, Şəmkirdən mandat sahibi olmuş millət vəkili Sona Əliyeva hamıdan fərqlənmək üçün Facebookdakı hesabına elə bir ad seçib ki, mənasını belə başa düşmək çətindir. Həmin profilin skrin-şotundan da aydın görünür ki, Sona Əliyeva Facebookda profilinə «MA MA MA» adını qoyub. Bunun nə məna daşıdığı, hansı məqsəd güddüyü kimsəyə məlum deyil.
Göndərilən fotolardan birində isə Sona Əliyevanın montaj edilmiş şəkili diqqəti çəkir. Həmin fotoda deputatın gözünə fotoşop vasitəsi ilə eynək yerləşdirilib. Ki, bunu da məlumatı göndərən şəxs belə izah etməyə çalışıb ki, guya, millət vəkili özünü Prezident İlham Əliyevə bənzətməyə çalışıb və bununla da dövlət başçısını ələ salmaq istəyib. Hətta məktub göndərən şəxs onu da iddia edib ki, Sona Əliyeva işçilərinin yanında dövlət başçısını məsxərəyə qoymaqdan da çəkinmir.
Etiraf edək ki, sonuncu məlumatın həqiqət olmasına bizim də şübhəmiz var. Ən azından ona görə ki, Sona Əliyeva buna cəsarət etməz.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Deputat Facebookdakı profilinə əcaib ad qoyub-FOTOLAR
Deputat Facebookdakı profilinə əcaib ad qoyub-FOTOLAR