Təhsil Nazirliyindən daha bir dərslik rəzaləti-FOTO
11-06-2016, 16:01
Oxunub: 3 101
Aşağı siniflər üçün nəzərdə tutulmuş «Riyaziyyat» kitabındakı səhv göz çıxarır
Azərbaycanda orta məktəb dərsliklərinin gününə ağlamaq lazımdır. JAM.AZ xəbər verir ki, Təhsil Nazirliyinin nəzarəti altında dərc olunan kitablarda çox vaxt elə biabırçı səhvlər qeydə alınır ki, buna ad belə qoymaq olmur. Valideynlərin və mütəxəssislərin üzə çıxardığı həmin səhvlər Təhsil Nazirliyinə nümayiş etdirilsə də, Mikayıl Cabbarovun «kantoru» səsini belə çıxarmır.
Son belə biabırçı dərslik məsələsi ötən gün üzə çıxıb.Sosial şəbəkələrdə yayılmış fotodan da aydın görünür ki, dərslikdə elementar hesablamalar belə doğru şəkildə aparılmayıb. Belə ki, ibtidai siniflər üçün nəzərdə tutulmuş «Riyaziyyat» dərsliyində 8-dən 3-ü çıxdıqda alınan cavab olaraq 6, 8 və 9 rəqəmləri göstərilib. Halbuki cavabın 5 olacağını adi barmaq hesabıyla da müəyyən etmək mümkündür.
Bildirək ki, Təhsil Nazirliyi gələcək nəsli bu təhsillə yetişdirməyi qarşısına «məqsəd» qoyur. Bu vəziyyətdə 20 il sonrakı Azərbaycanı təsəvvür etmək də çətin deyil. Çünki həmin dönəmin gənci 8-dən 3-ü çıxında 5-dən başqa istənilər rəqəmin qalacağını düşünməkdən başqa heç bir imkana malik olmayacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər