İntellektual oyun üzrə rayonun seçim turu keçirilib - Tərtərdə
13-06-2016, 09:57
Oxunub: 3 829
Tədbir rayonun ümumtəhsil məktəblərinin 8 komandasının iştirakı ilə “Nə? Harada? Nə zaman?” formatında intellektual turnirlə davam etmişdir
Tərtər Rayon Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən keçirilən “Məktəblilər arasında intllektual oyunlar vasitəsi ilə idmana marağın artırılması və sağlam düşüncə tərzinin formalaşdırılması” layihəsi çərçivəsində intellektual oyun üzrə rayonun seçim turu keçirilib.
Bolgexeber.com xəbər verir ki, tədbirdə layihə rəhbəri, “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışaraq layihə haqqında ətraflı məlumat vermişdir.
Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tunarə Məmmədzadə tədbir iştirakçılarını salamlamış, yarış iştirakçılarına uğurlar diləmişdir. O öz çıxışında rayon gənclərinin intellektual səviyyəsinin yüksəldilməsi baxımından layihənin əhəmiyyətini yüksək qiymətləndirildiyini bildirmişdir.
Tədbir rayonun ümumtəhsil məktəblərinin 8 komandasının iştirakı ilə “Nə? Harada? Nə zaman?” formatında intellektual turnirlə davam etmişdir. Gərgin mübarizə şəraitində keçən turnirdə Sarov kənd tam orta məktəbin “Mübariz” və Qapanlı kənd tam orta məktəbin “Land of Fire” komandaları daha yaxşı nəticə göstərərək, 5 rayon arasında Beyləqan rayonunda keçiriləcək final mərhələsinə vəsiqə qazanmışlar.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər