BolgeXeber.Com » Xəbərlər » Şəbnəm Tovuzlunu MTN-ə apartdıran iş adamı danışdı: “Onun adını…”

Şəbnəm Tovuzlunu MTN-ə apartdıran iş adamı danışdı: “Onun adını…”

14-06-2016, 12:00
Oxunub: 2 516 Şəbnəm Tovuzlunu MTN-ə apartdıran iş adamı danışdı: “Onun adını…”“Xahiş edirəm, Şəbnəm haqda mənə sual verməyin, onun adını hallandırmayın”

Müğənni Şəbnəm Tovuzlunun MTN-ə aparılması məsələsində adı hallanan iş adamı Famil Xəlilov musavat.com saytına müsahibə verib.

Lent.az-ın adıçəkilən sayta istinadən məlumatına görə, biznesmen həbsdə olan MTN generalı Akif Çovdarovla ortaq olduğu, Ş.Tovuzlunun məcburi şəkildə MTN-ə aparıldığı barədə iddialara münasibət bildirib.

“Evrostroy-S” şirkətinin sahiblərindən biri olan Famil Xəlilov müsahibəsində Ş.Tovuzlu barədə suallara cavab vermək istəməyib: “Xahiş edirəm, Şəbnəm haqda mənə sual verməyin, onun adını hallandırmayın”.

Biznesmen Akif Çovdarovla şərik olması barədə deyilənlərə də münasibət bildirib. O deyib ki, Akif Çovdarovun “heç sifətini tanımır”.

İş adamı MTN-ə aparılması barədə də danışıb. O bildirib ki, keçmiş şəriki R.Q-dan MTN-ə şikayət edilibmiş, o da bu vasitə ilə MTN-ə gedib: “Ondan MTN-ə şikayət eləmişdilər. O da MTN-dən zəng elədi, məni çağırtdırdı. Orada məndən pul istədilər. Dedim, vermirəm. 150 min pul aldılar, bizi buraxdılar”.

Biznesmenin sözlərinə görə, MTN-də pulun kimə verildiyini bilmir, çünki pulu o yox, ortağı verib. Məhz bu səbəbdən də generalların həbsindən sonra onlardan şiklayət etməyib”.

Qeyd edək ki, bir neçə gün müğənni Şəbnəm Tovuzlunun MTN-ə aparılması barədə mətbuatda xəbərlər yayılmışdı. Xəbərdə bildirilirdi ki, müğənninin birlikdə yaşadığı şəxs MTN generalı Akif Çovdarovla dostluğundan istifadə edərək onu nazirliyə aparıb, orada müğənniyə verdiyi 3 otaqlı evi zorla ondan alıblar.
İfaçı özü isəaçıqlamasında xəbəri yalanlamışdı: “Bütün bunlar yalandır, heç vaxt belə bir şey olmayıb. Sadəcə birgə yaşadığım insanla aramızda problemimiz olub, bitib”.
Bolgexeber.com