Keçmiş nazir 8,5 mln. dolları basdırarkən saxlanılıb
15-06-2016, 09:46
Oxunub: 2 942
Argentinanın sabiq ictimai işlər naziri Xose Lopes monastırın ərazisində 8,5 mln. dolları basdırmağa çalışarkən polis tərəfindən saxlanılıb
Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, məlumata görə, əraziyə kənar şəxsin daxil olması barədə anonim telefon zəngi əsasında Buenos-Ayresin ətrafında yerləşən monastıra gələn polis əməkdaşları keçmiş naziri qeyri-adi işlə məşğul olduğunu aşkarlayıblar.
Lakin Xose Lopes özünü itirməyib və polis əməkdaşlarına rüşvət verməyə cəhd edib. Bu nömrənin keçmədiyini görən sabiq məmur keşişlərə üz tutaraq, pulu monastıra ianə vermək məqsədilə əraziyə gəldiyini, lakin polisin buna imkan vermədiyini və pulları ondan oğurlamaq istədiyini iddia etməyə başlayıb.
Məlumata görə, Xose Lopes, təxminən 8,5 mln. dollar məbləğində olan və 160 bağlamaya bükülmüş ABŞ dolları, avro, Yaponiya iyeni və Qətər rialı kimi müxtəlif valyutada olan pulları monastırın ərazisində torpağa basdıraraq, gizlətmək istəyirmiş.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər