Səlim Müslümov aldığı "Naz-Lifan"a hələ minməyib... - Bu, bir yarış idi...
20-06-2016, 11:53
Oxunub: 3 443
Təbii ki, biz nazirin yerli istehsala dəstəyini alqışlayırıq
Bir müddət əvvəl, daha dəqiqi neft böhranının ilk günlərində yerli istehsalın stimullaşdırılması məqsədilə hətta dövlət başçısı belə Azərbaycanda istehsal olunan mallara üstünlük verməyin ölkəmiz üşün nə qədər faydalı olacağını xüsusi olaraq vurğulamışdı. Prezident İlham Əliyev bu məqsədlə yerli istehsal olan "Naz-Lifan" maşınlarını da məsləhət görmüşdü ki, bunun da ardından məmurlar "Naz-Lifan" növbəsinə belə durdular.
Onların arasında, yəni yerli mal "aludəçilərindən" olan Əmək və Əhalinin Sosial Müdafiə Naziri Səlim Müslümov da "Naz-Lifan" sifariş edənlərdən biri oldu. Bu barədə həmin zaman açıqlama verən Naxçıvan Avtomobil Zavodunun (NAZ) satış direktoru Əhməd Rəhimov mətbuata açıqlama verərək bildirmişdi ki, sifarişçilər arasında Səlim Müslümov da var.
Dia-az-a daxil olan son məlumatda isə deyilir ki, o zaman məmurlar yarışına qoşularaq özünə yerli mal olan "Naz-Lifan"ı almış əksər məmurlar maşınlarını heç də sürmürlər. Eləcə də Səlim Müslümov.
Bu barədə nazirə yaxın qaynaqlardanötürülən informasiyada deyilir ki, nazir həmin maşınına bir dəfə də olsun minməyib.
Təbii ki, biz nazirin yerli istehsala dəstəyini alqışlayırıq. Amma ehtiyacı yoxdursa, ən azından maşın növbəsində olan əlil və yaxud da şəhid ailəsinə bağışlaya da bilər.(dia.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər