BolgeXeber.Com » Xəbərlər » Laçın RİH binasında “Akif Səlimov kabusu”: Yeni icra başçısı köhnə izləri necə silir?

Laçın RİH binasında “Akif Səlimov kabusu”: Yeni icra başçısı köhnə izləri necə silir?

21-06-2016, 10:26
Oxunub: 1 865 Laçın RİH binasında “Akif Səlimov kabusu”: Yeni icra başçısı köhnə izləri necə silir?Yeni icra başçısının hərbi xidmətdə olmamasından tutmuş, idarəçilikdə təsadüfi biri kimi xarakterizə edilməsi haqqında səsləndirilən ittihamların yalnız bir qismidir

Məlum olduğu kimi, iyunun 16-da Prezident İlham Əliyev mart ayından boş qalan Laçın rayonu icra başçısı postu ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sərəncama əsasən Laçın rayonuna bundan sonra Aqil Ağaxan oğlu Nəzərli başçılıq edəcək.

Savash.org xatırladır ki, Aqil Nəzərli 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olub. Birinci ali təhsilini adı qalmaqallarda halanan Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində alıb. Daha sonra isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirən Aqil Nəzərli 1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb.

2008-ci ildən Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib. 2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədridi. 3 mart 2016-cı ildən Laçın rayonu İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edirdi.

Aqil Nəzərlinin adı isə ölkə mətbatında kifayət qədər tənqidi notlarla xatırlanıb. Yeni icra başçısının hərbi xidmətdə olmamasından tutmuş, idarəçilikdə təsadüfi biri kimi xarakterizə edilməsi haqqında səsləndirilən ittihamların yalnız bir qismidir.

Daxil olan yeni məlumatda bildirilir ki, Aqil Nəzərlinin icra başçısı təyinatı Laçın İcra Hakimiyyətində əsəbi mühit yaradıb. Belə ki, iyunun 16-na qədər icra başçısı vəzifəsini icra edən Aqil Nəzərli heç bir kadr dəyişikliyi həyata keçirmirdisə indi durum kifayət qədər dəyişib. Keçmiş icra başçısı Akif Səlimovla yaxın münasibətləri olan vəzifəli şəxslərə qarşı barışmaz olacağını açıq şəkildə bəyan edən Aqil Nəzərli bununla da situasiyanın gərginləşməsinə səbəb olub.

Mənbəmiz isə bunun sadəcə olaraq Aqil Nəzərlinin yeni yığım üsullarından biri olduğunu düşünür: “Düzdür, Aqil Nəzərli keçmiş başçı Akif Səlimova bağlı vəzifə sahiblərindən bəzilərilə vidalaşacaq. Amma o bundan yararlanaraq Laçın məmurları qarasında qorxu atmosferi yaratmaqla daha çox qazanmağı düşünür. Elə bunun nəticəsidir ki, bir sıra idarə rəisləri Aqil Nəzərlinin qəzəbinə tuş gəlməmək və vəzifəsini qorumaq üçün yeni icra başçısının umacağı ilə razılaşmağa məcbur olub. Bu umacağın konkret məbləğləri və kimlərdən alınması ilə bağlı təfərrüatlarla isə yaxın günlərdə geniş məlumat verməyə çalışacağıq.