BolgeXeber.Com » Xəbərlər » Xızıda yerli fermerlərə məxsus torpaqlar qanunsuz zəbt edilir - İTTİHAM VAR

Xızıda yerli fermerlərə məxsus torpaqlar qanunsuz zəbt edilir - İTTİHAM VAR

21-06-2016, 12:28
Oxunub: 2 284 Xızıda yerli fermerlərə məxsus torpaqlar qanunsuz zəbt edilir - İTTİHAM VARXızıda rayon icra aparatının başçısı Xəzər Aslanovun zülmü ərşə dirənib

İcra başçısı ətrafındakı "podelnikləri" Azər Əlizadə və Arzu Əzizovla birlikdə rayonun torpaqlarını qanunsuz ələ keçirməklə məşğuldur. Bu mənhuz üçlük öz məqsədlərini həyata keçirmək üçün hətta ilkin olaraq torpaq islahatlarının aparıldığı xəritəni də məcburi şəkildə dəyişdirməkdən belə çəkinməyib. Gundelik-baku.com-a verilən məlumata görə, başçıya sərf edən sürüşdürmələr nəticəsində artıq rayonun Giləzi qəsəbəsi ərazisindəki dənizkənarı torpaqlar qanunsuz olaraq ələ keçirilib. Rayonun Baxşılı kəndindəki ərazilərin də qanunsuz şəkildə əsl sahiblərindən alınması üçün müxtəlif üsullara əl atılır. Məsələ ondadır ki, kənddəki torpaqlar vaxtilə bələdiyyə tərəfindən sənədləşdirilib. Lakin rayonun, eynən də Baxşılı kəndinin xəritəsi dəyişdirildikdən sonra həmin torpaqlar öz sahiblərindən alınmağa başlayıb. Baxşılıda seyid kimi tanınan Böyükağa adlı fermerin də torpaqlarına Azər Əlizadə bu yolla sahib çıxa bilib. Ümumiyyətlə, Azər Əlizadə kəndlərdə vaxtilə istifadəyə verilmiş su hövzələrinin də özününküləşdirilməsi prosesinə start verib. İcra aparatının funksioneri Namiq Quliyevlə birlikdə vaxtilə Almaniya Əməkdaşlıq Təşkilatı tərəfindən yerli əhalinin su ehtiyaclarının təminatı məqsədilə tikilmiş su hövzəsini də ələ keçirərək. ərazisini öz qohumlarına satıb. Bu özbaşınalıqların qarşısında öz qanuni hüquqlarını ortaya qoya bilməyən kənd camaatı isə təhdid olunur. Baxşılı kəndindəki stadionun ərazisi də belə qanunsuz metodlarla özəlləşdirilib. Rayon icra aparatının rəhbərliyi qanunsuz əməllərini həyata keçirmək üçün hətta yerli bələdiyyələrin də fəaliyyətinə qanunsuz müdaxilələr edir. Rayon icra aparatı başçısının birbaşa göpstərişi ilə Baxşılı bələdiyyəsinin tərkibində aparılan qanunsuz dəyişikliklər buna sübutdur. Belə ki, kəndin ərazisində aparılan qanunsuz özəlləşdirmələrə etiraz etmiş bələdiyyə sədrləri vəzifədən kənarlaşdırılıb. Başçının göstərişi ilə Baxşılı kəndinə artıq üçüncü bələdiyyə sədri təyin edilib. Xəzər Aslanov əslində özündən əvvəlki icra başçısı Vaqif Abdullayevin əsasını qoyduğu qanunsuz zəbtetmələri davam etdirir. Rayonun Tıxlı kəndi ərazisində yerli sakinlərə məxsus Həsən bulağı 2012-ci ilədək olan dövrdə rayona rəhbərlik edən Vaqif Abdullayev tərəfindən qanunsuz olaraq özəlləşdrilib. Hazırda Beyləqanda icra aparatının rəhbəri vəzifəsində çalışan Vaqif Abdullayev bulağı özününküləşdirərək "Bulaq" kafesinə çevirib. Məlumata görə, Vaqif Abdullayevin vaxtında bulağa görə cibinə nəşə atılıb tutulanlar da olub. var. Belə ki, bulağın yerləşdiyi əraidəki bağların əsl sahiblərindən iki nəfəri etrazlara görə həbsə atıldı.Deyilənə görə bu qannusuzluqlara dözməyən yerli yaşıllaşdırma müəssisəsinin rəhbəri Elbrus Əliyev o azamankı başçı Vaqif Abdullayev tərəfinən döyülərək təhqir edilmişdi. Qeyd edək ki, həmin bulaq təkcə Tıxlı kəndinin deyil, ümumilikdə Xızı şəhərinin su ehtiyaclarının ödənilməsində müstəsna əhəmiyyətə malikdir. Halbuki, rayonun kanalizasiya və su problemlərinin həlli üçün ayrılmış milyonlarla manat büdcə vəsaiti Xəzər Aslanovun komandası tərəfindən pay-püş edilib. Nəticədə bu gün Xızının mərkəzi hissəsi tamamilə sudan korluq çəkir. "Hanı bə bu məqsədlərə sərf edlən milyonlar?" sualını isə Xəzər Aslanova verən tapılmır. Bəlkə Prezident Adminstrasiyasında bu məsələdən bixəbərdirlər? Onu da qeyd edək ki, kanalizasiya xəttinin Tıxlı kəndindəki qədim bulağın üzərindən keçirilməsinə etiraz səsləri qaldırılıb. Bu yaxınlarda Tıxlı kəndinin ərazsindəki bağların sahbləri ilə "Azərsu"nun layihəni gerçəkləşdirən işçiləri arasında hətta insident olub.Yerli sakinlər bu biabırçılığqla bağlı ölkə rəhbərliyinə müraciət edəcəklərini bildiriblər.Məlum olub ki, kanalizasiya xətti məqsədli şəkildə həmin ərazidən keçirilib. Belə ki, məqsəd kanalizasiya xəttini Arzu Əlizadənin zəbt etdiyi və vaxtilə rayonun peşə məktəbinin təlim mərkəzinə ayrılmış 100 hektar torpaq sahəsindən keçirməklə əlavə maliyyə dvidendləri qazanmaqdır. Bax beləcə, icra hakimiyyətinin başçısı Xəzər Aslanovun rəhbərlik etdiyi "troyka" Xızıda öz qanunsuz əməllərini davam etdirməkdədir. Rayon əhalisi qəti əmindir ki, yerli əhalini hakimiyyətdən narazı salmağa çalışan Xəzər Aslanovun rəhbərlik etdiyi "üçlük" ölkə rəhbərliyi tərəfindən nəhayət, ifşa olunacaq.