BolgeXeber.Com » Xəbərlər » AĞDAŞLILAR DEPUTATLIĞA NAMİZƏDİ İFŞA ETDİ - FAKTLAR

AĞDAŞLILAR DEPUTATLIĞA NAMİZƏDİ İFŞA ETDİ - FAKTLAR

21-06-2016, 13:11
Oxunub: 2 580 AĞDAŞLILAR DEPUTATLIĞA NAMİZƏDİ İFŞA ETDİ - FAKTLAR"Çingiz Əsədullayev 15 il deputat oldu nə etdi ?"

Bir qrup Ağdaş sakini TİA.AZ-a müraciət edib.

Müraciət müəllifləri - Musayeva Səadət Təvəkkül qızı, Əliyev Mehdi Məhəmməd oğlu, Qədirov Fariz Qulu oğlu, Səmədova Solmaz Həsən qızı prezident İlham Əliyevdən kömək istəyiblər.

Müraciətdə deyilir: Bir qrup saxtakarın səsli-küylü təbliğatından bezmişik. Ehtiyatlı və diqqətli olmaq lazımdır. MTN-nin sabiq naziri Eldar Mahmudov əlaltısı keçmiş deputat Çingiz Əsədullayevin əli ilə Cavid Osmanovu deputat mandatı almasını çalışır.

Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini 90 saylı Ağdaş Seçki Dairəsindən deputatlığa namizəd Cavid Osmanovun təbliğat kompaniyası 10-15 maşını yığıb şüşələrinə onun şəkilini yapışdırıb gur səslə siqnal verərək bütün günü rayonun küçələrini, kəndlərini gəzirlər.

Yaxşı təbliğat aparırsansa ay Cavid müəllim nə üçün maşından yerə düşüb seçicilərlə görüşmürsünüz, gələcək proqramınız barədə danışmırsınız? Nə vaxtdan maşın karvanlarını şəkillərlə bəzəyib gur səslə siqnal verərək küçələri gəzmək seçki təbliğatı olub ? Bu seçki təbliğatı deyil kredit içində boğulan, işsiz qazsız. susuz qalmış ağdaşlıların zəhləsini tökməkdir.

Axı Cavid Osmanov 12 ildir Ağdaş rayon İcra Hakimiyəti başçısının birinci müavinidir. Bu müddət ərzində bir yaralı barmağa məlhəm qoymayıb, sakinləri kobud qəbul edib bir problemin həllində kömək etməyib. İndi utanmadan deputatlığa namizədliyini irəli sürüb.

Bunun isə arxasında dayanan MTN-nin sabiq naziri Eldar Mahmudovun əl altısı keçmiş deputat Çingiz Əsədullayevdir. Cavid Osmanov 2005-2010 və 2015-ci illərdə Parlament seçkilərində Çingiz Əsədullayevin seçki qərargahının rəhbəri olub.

Özünün əlidən çıxsa da Çingiz Əsədullayev hazırda çox çalışır ki, mandatını öz əlaltısı Cavid Osmanova versin.Çingiz Əsədullayev 15 il deputat oldu nə etdi ?

Ağdaşlıları kreditə otuzdurub zəlil etdi. Bu bankir sabiq deputatın nəfisi çox güclüdür. Cavid Osmanovun Misirin Qahirə şəhərində ali təhsil almasına dair diplomu saxtadır. Bu adam hətda Ağdaşda nüfuzlu şəxs olmuş Cümşüd Hacıyevin adına verilmiş küçənin adını da qərəzli olaraq dəyişdirib.

Çünki Cümşüd Hacıyev sağlığında bir yaramaz hadisəyə görə Cavid Osmanovun atası malay Həmidin başındakı papağı götürüb yerə tullayıb ayaqlamışdır. Bunu isə ağdaşlılar heç vaxt unutmayıblar.
Bolgexeber.com