Siyəzəndə ziyarətə gedən yeniyetmə itkin düşdü
22-06-2016, 10:54
Oxunub: 1 953
Siyəzən rayon sakini müəmmalı şəkildə itkin düşüb
Hadisə rayonun Qərəh kəndində baş verib.
İtkin düşən Natiq Etibar oğlu Şıxəliyevin qohumu Fəxriyyə Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, o, evdən ziyarətə getmək adı ilə çıxıb.
"O, evdən çıxarkən valideynlərinə kəndin yaxınlığında yerləşən ziyarətgaha getdiyini deyib. Natiq ev paltarında olub. Valideynləri onu axşama qədər gözləyiblər. Amma Natiq geri qayıtmayıb. Biz onu axtarmaq üçün ziyyarətgahın yerləşdiyi əraziyə getdik. Amma onu tapa bilmədik”, - deyə qohumu bildirib.
Fəxriyyə Məmmədova deyib ki, hadisə ilə bağlı rayon polis şöbəsinə də müraciət ediblər: "İdarədən axtarışların davam etdiyini, amma hələ heç bir nəticənin olmadığını dedilər”.
Qohumu Natiqin itkin düşməsi ilə bağlı bəzi ehtimallar da səsləndirib. O bildirib ki, Natiqin qonşu kəndlərdən birindən qız istədiyi barədə söz-söhbət gəzirdi. “Bizdə olan məlumata görə, kəndin oğlanları onu bir neçə dəfə hədələyiblər... Artıq 5 gündür valideyinlərinin gözü yolda qalıb”, - deyə Fəxriyyə Məmmədova bildirib.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər
- 26-04-2024, 16:25 : Xocalı lalələrlə bəzənib
Bölgə / Xəbərlər