Bu gün Avropa çempionatında 4 oyunla qrup mərhələsinə yekun vurulacaq
22-06-2016, 13:43
Oxunub: 3 327
Bu gün Avropa çempionatında 4 oyun keçiriləcəkBu gün Avropa çempionatında 4 oyun keçiriləcək
"Görüşlər "E" və "F" qruplarında baş tutacaq. "E" qrupunda növbəti mərhələyə vəsiqəni təmin etmiş İtaliya yığması İrlandiyanı sınağa çəkəcək. Aktivində 6 xal olan Antonio Kontenin komandası qalib gələcəyi təqdirdə, İrlandiya qitə turnirində mübarizəni dayandıracaq. 1/8 finala çıxmaq üçün İrlandiya mütləq qələbə qazanmalıdır. Eyni qrupun digər oyununda İsveç və Belçika komandaları qarşılaşacaq. Bu matçı hər iki komanda üçün ölüm-dirim savaşı adlandırmaq olar. Qalib komanda qrup ikincisi kimi yoluna davam edəcək. Belçika məğlub olacağı təqdirdə İtaliya - İrlandiya oyununun nəticəsindən asılı olaraq ən yaxşı qrup üçüncüsü kimi 1/8 finala vəsiqə əldə edəcək.
"F" qrupunda isə 4 komandanın hamısının növbəti mərhələdə iştirak etmək şansı var. Hazırda 4 xalla qrupun birinci pilləsində qərarlaşan Macarıstan Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək. Macarlar qələbə qazanarsa, qrup lideri kimi yola davam edəcəklər. Aktivində 2 xal olan Portuqaliya isə 3 xal əldə edəcəyi təqdirdə birinci pilləyə yüksələcək. İslandiya - Macarıstan qarşılaşmasında qrupun digər oyununun nəticəsindən asılı olaraq - Macarıstan qələbə qazanarsa, birincilər heç-heçə sayəsində də Fransada mübarizəni davam etdirəcək. Bir xalla qrup sonuncusu olan Avstriya isə növbəti mərhələyə yüksəlmək üçün yalnız qələbə qazanmalıdır.
Avropa çempionatı, III tur
"F" Qrupu
20:00 İslandiya - Avstriya
Baş hakim: Şimon Marçinyak
Yan xətt hakimləri: Pavel Sokolniski, Tomaş Listkeviç
Əlavə köməkçi hakimlər: Pavel Raçkoviski, Tomaş Musyal (hamısı Polşa)
Dördüncü hakim: Mark Klattenburq (İngiltərə)
Sen-Deni. "Stad de Frans"
20:00 Macarıstan - Portuqaliya
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Mixael Mullerkey, Stefan Çayld
Əlavə köməkçi-hakimlər: Mixael Oliver, Kreyq Pouson (hamısı İngiltərə)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Lion. "Lyumler"
"E" Qrupu
23:00 İtaliya - İrlandiya
Baş hakim: Ovidiu Alin Hateqan
Yan xətt hakimləri: Oktavian Sovre, Sebastian George
Əlavə köməkçi-hakimlər: Aleksandru Tudor, Sebastian Coltesku (hamısı Rumıniya)
Dördüncü hakim: Tasos Sidiropulos
Lill. "Pyer Morua"
23:00 İsveç - Belçika
Baş hakim: Feliks Brıx
Yan xətt hakimləri: Mark Borş, Ştefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)
Dördüncü hakim: Matey Yuq (Sloveniya)
Nitsa. "Alyans Rivyera"
Qeyd edək ki, 1/8 final oyunlarına iyunun 25-dən start veriləcək.
"Report
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər