3 min manata “əsər” səhnəyə qoyulur - Gəncə teatrına ŞOK İTTİHAM
22-06-2016, 16:31
Oxunub: 2 091
Gəncə Dram Teatrının direktoru Əli Qasımovun teatrda oynanılan əsərlərə görə pul aldığı da iddia edilir
Gəncə Dövlət Dram Teatrında baş verənlərlə bağlı AzToday.az-a ilginc məlumatlar daxil olub. Məlumatda deyilir ki, teatrın rəsmiyyətdə 100-ə yaxın işçisi olsa da faktiki olaraq bunların yarısı işə gəlib-gedir. İşə gəlməyənlərin maaşlarının direktor tərəfindən götürüldüyü iddia edilir.
Bir müddət əvvəl mətbuatda yayılan məlumatlarda göstərilirdi ki, teatrın direktoru Əli Qasımovun evindən oğurluq olub və məhz bu hadisədən sonra aktyorlar yenidən maaşlarını mühasibatlıqdan almağa başlayırlar: “Deyilənə görə, həmin vaxt direktorun evindən 30 min pul, 30 min manat dəyərində zinət əşyaları və 40-a yaxın bankomant kartı oğurlanmışdı. Həmin bu kartlar teatrda adı gedib özü olmayan “ölülər”in kartları idi. Ona görə də Əli Qasımov səsini çıxara bilmədi. Elə həmin aydan əməkhaqlarımız yenidən mühasibatlıqdan verilməyə başladı”.
Qeyd olunur ki, yeni teatr mövsümündən aktyorlar maaşlarını yenə də bankomatdan ala biləcəklər. Amma bu dəfə başqa bir bankdan: “Mühasib deyir ki, çox əziyyət çəkirdiniz, ona görə belə lazım bildik. Amma bu dəfə maaşlarımızı Beynəlxalq Bankdan alacağıq. Səbəb odur ki, oğurlanmış 40 kartı “Zaminbank”da bərpa etmək olmaz. Yəni direktor işin üstünün açılmaması üçün bu addımı atır. Çünki sual oluna bilər ki, eyni vaxtda 40 işçinin kartı necə itə bilər?.
Gəncə Dram Teatrının direktoru Əli Qasımovun teatrda oynanılan əsərlərə görə pul aldığı da iddia edilir. Məlumatda deyilir ki, Əli Qasımov Sahib Axundov adlı şəxsdən 3 min manat pul alaraq onun teatr üçün layiq olmayan əsərini teatrın səhnəsinə qoyub. Səslənən iddialara münasibət öyrənmək üçün Əli Qasımovla əlaqə saxladıq. Teatrın direktoru AzToday.az-a açıqlamasında deyilənləri yalan və əsassız adlandırdı: “Bunlar boş-boş söhbətlərdir. 10-15 gün əvvəl nazirliyin komisiyası teatrda yoxlama aparıb. Evimdəki oğurluq hadisəsi ilə bagli DİN-dən soruşun. Hələ də işin üstü açılmayıb. Sahib Axundov məsələsinə gəlincə, yaxşı olar onun özü ilə əlaqə saxlayın…”
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes