Dünya masonları bir neçə gün Bakıdakı oteldə nəyi müzakirə edib
29-06-2016, 14:25
Oxunub: 2 439
Xəbər verildiyi kimi Rusiya mason lojasının rəhbəri Andrey Boqdanov ötən həftə Bakıda olub
Özünün dediyi kimi Boqdanov Bakıda qaldığı oteldən çölə çıxmayıb, çünki çoxsaylı görüşlər və danışıqlar keçirib.
“Bakıda mən ancaq pəncərədən küçədəki maşınları gördüm. Çoxlu danışıqlar oldu, praktiki olaraq oteldən çölə çıxmadım”-Boqdanov vesti.az-a açıqlamasında deyib.
Rusiya mason lojasının rəhbəri bildirib ki, danışıqların mahiyyəti Azərbaycanla bağlı deyildi. “Çoxlu xarici qonaqlar oldu. Fürsətdən istifadə edərək Avropa və Amerika lojalarının nümayəndələri ilə danışıqlar apardım”-o əlavə edib.
Dünya masonları bir neçə gün Bakıdakı oteldə nəyi müzakirə edib
Xatırladaq ki, Boqdanov ötən il Dağlıq Qarabağa səfər edib və bu üzdən Azərbaycan XİN-in qara siyahısına düşüb. Lakin Azərbaycandan üzr istədiyi üçün adı siyahıdan çıxarılıb. Boqdanov 2007-ci ildən Rusiya mason lojasının rəhbəridir, dünyanın bu mifik və gizli təşkilatına mənsubluğunu gizlətmir. Təşkilatın prinsiplərinin əksinə, tez-tez KİV-lərə müsahibələr verir.
Masonluq fəlsəfi-etik hərəkatdır, XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlib. Masonluq ezotirik quruluş olub sadəcə üzvləri üçün açıq fəaliyyət göstərən bir qurumdur. Bu gün dünyada masonların və mason lojalarının konkret sayı barədə rəqəm söyləmək mümkün deyil. Belə ki, bir çox lojalar üzvləri barədə olan məlumatları məxfi saxlamağı üstün tutur. Bunlara baxmayaraq aparılan təxmini hesablamalar dünyada 7 milyona yaxın masonun olduğunu və bu şəxslərin 12 minə yaxın mason lojasında fəaliyyət göstərdiklərini müəyyənləşdirib. İndi də qüvvədə olan mifə görə dünyanı masonlar idarə edir.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər