“Tolik qələt edirb, başını daşa döyür" - İcra başçısı
11-07-2016, 19:01
Oxunub: 2 834
Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev aprel döyüşlərində həlak olan şəhid Elvin Mirzəyevin qəbir daşının qoyulmasıyla bağlı xərcləri prodüser Tarix Əliyevin (Tolik) öz üzərinə götürmək istəməsi ilə bağlı xəbərə münasibət bildirib
Başçı açıqlamasında şəhidlərin qəbir üstlərinin götürülməsi məsələsinin həll edildiyini bildirib: “Bu gün rəsmi şəxslər gələcək, onların övladlarına medallar təqdim ediləcək. Qəbrlərin düzəldiləməsi ilə bağlı Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparmalı idik. Ona görə də, bu məsələlər bir az yubanırdı. Qaldı ki, Tolik deyilən bir adamın bu məsələlərə qarışmağına, o belə şeylərlə özünü reklam etməsin. Ayıbdır, dövlət var, belə şeyləri həll eləməyə gücümüz çatır, sadəcə niyə bir az yubanıb izah etdim".
Daha sonra icra başçısı açıqlamasında Toliki tanımadığını bildirib: “Tolik qələt edirb, başını daşa döyür. Mən özüm bu məsələni diqqətimdə saxlayıram. Bu gün hər şey həll olunacaq. Tolik bununla özünə reklam qazanmasın, ayıbdır. Əgər eləmək istəyirdisə bunu səssiz səmirsiz edərdi, daha reklam edə-edə yox. Çox iş adamları, xeyriyyəçilər var ki, şəhid ailələrinə yardım etmək istəyir. Amma heç kəs bunu Tolik formasında etmir”. (Bizimyol.info)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər