Televiziya rəhbəri öz işçisini döydü- QALMAQAL
12-07-2016, 14:03
Oxunub: 3 011
Tovuzda televiziya müdiri öz işçisi ilə dalaşıb
Gununsesi.info xəbər verir ki, rayonda fəaliyyət göstərən Türkel Televiziyasının (TTV) müdiri Nadir Şəfiyev öz işçisi Vüqar Kərimovu döyüb. Məlumata görə, müdir səsyazma otağına gələrək işçiləri “qeyrətsiz” deyə təhqir edib. Daha sonra şirkətdə səs rejissoru vəzifəsində çalışan Vüqar Kərimova yumruq ataraq, onunla əlbəyaxa olub. İşçilərin bir neçəsi təhqirlə bağlı müdirə etiraz bildirsə də, rəhbərlik onların bu etirazlarına məhəl qoymayıb. Daha sonra təhlükəsizlik kameralarından dava kadrlarının çıxaralacağından ehtiyat edən N. Şəfiyev şirkətdə İT Menecer vəzifəsində çalşan Asim Cəfərovu yanına çağıraraq kameraların gizli şifrələrini istəyib. Ardından isə həmin görüntülər kameranın yaddaşından silinib. Məsələ ilə bağlı saytımıza açıqlama verən Asim Cəfərov bunları deyib: “Mən bazar günü evdə idim. Mənə texniki direktor İskəndər müəllim Qafarov zəng vuraraq təcili kameraların parollarını istədi. Bilmədim, niyə soruşurlar. Amma səhəri gün işə gəldikdə teleşirkətdə dava hadisəsinin olmasını eşitdim. Mən parolları verməsəydim, müdriyyət məni işdən ata bilərdi. Vəzifəmə uyğun olaraq öz müdirimin göstərişinə əməl etdim. Amma mən özüm bu davada olmamışam. Bir şey deyə bilmərəm”.
Qeyd edək ki, ötən ay Türkel Televiziyasından 10-dan çox işçi öz işindən azad edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər