"Xalam oğlunu "Grand Hospital" öldürüb" - Əbdül Xalid israr edir
12-07-2016, 19:57
Oxunub: 4 042
"Mən bir daha təkrar edirəm ki, xalam oğlu Raminin ölümündə "Grand Hospital" günahkardır"
Bu sözləri "Qaynarinfo.Az"a tanımış müğənni Əbdül Xalid deyib.
O bildirib ki, xalası oğlu "Grand Hospital"a müraciət edəndə vəziyyəti normal olub: "Ramin klinikaya ayaq üstə gedib, müalicə üçün. Cəmi gün yarım sonra onu ölümcül vəziyyətə salıblar. Onun komaya düşməsinin səbəbi şəkərinin birdən-birə inanılmaz dərəcədə yüksəlməsi olub.
Biz də onu "Grand Hospital"dan düzgün malicə olunmadığını və laqeyd münasibəti görüb çıxartmışıq. "Grand Hospital"da ona nə etdilərsə, Ramin birdən-birə komaya düşdü. Əgər onun vəziyyəti özlərinin dediyi kimi kritik idisə, niyə "Grand Hospital"da onu reanimasiyaya yox, palataya yerləşdirirdilər? Əgər Ramin xəstəxanaya ağır vəziyyətdə gəlmişdisə, niyə onu müayinə edən həkim Gülnarə Ağayeva çıxıb gedirdi istirahətə? Özü də təcrübəsiz bir həkimin ümidinə buraxıb gedirdi? Əgər günahsız idilərsə, niyə bizim çəkdiyimiz xərci qaytardılar?"
Əbdül Xalid bildirib ki, Raminin "Grand Hospital"dan çıxarılması bu klinikada qiymətlərin yüksək olması ilə bağlı olmayıb: "Biz onun vəziyyətinin bura gələndən sonra müəmmalı surətdə qəflətən pisləşdiyini və klinikada laqeydlik, məsuliyyətsizlik gördüyümüz üçün Ramini ordan çıxartdıq".
Qeyd edək ki, hadisə ilə bağlı yaydığı açıqlamada "Grand Hospital" rəhbərliyi özlərini təqsirli bilmir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər