Bank of Baku şəhid ailəsinə təzyiq edir: “Bizə görə ölməyib ki...”
13-07-2016, 11:18
Oxunub: 3 838
Bu il aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsi "Bank of Baku" tərəfindən təzyiqlərə məruz qalıb
Bu barədə AzNews.az-a şəhidin anası Zemfira Baxışova məlumat verib. Onun sözlərinə görə, götürdüyü krediti qaytara bilmədiyi üçün ailə bank nümayəndələri tərfindən hədə-qorxulara məruz qalır: “Kreditimizi hər ay ödəyirdik. Aprel ayında oğlum şəhid oldu. O vaxtdan sonra işləmədiyim üçün krediti ödəyə bilmirəm. Devalvasiyadan sonra götürdüyüm məbləğ təxminən 3000 manata yaxın olub. Onlar da mənə zəng edib, hədə-qorxu gəlirlər. Deyirlər ki, pulu ödəməsəniz, sizin haqqınızda hüquq-mühafizə orqanlarına şikayət edəcəyik. Deyirəm ki, oğlum şəhid olub, maddi durumumuz çətinləşib, ona görə götürdüyümüz krediti qaytara bilmirik. Bank nümayəndəsinin cavabına baxın: “Nə olsun, bizə görə şəhid olmayıb ki... Olub, olub da, Allah rəhmət eləsin, gətirin bankın pulunu ödəyin”. Hələ üstümə qışqırır da. Bəs mənim uşağım kimə görə şəhid olub?”
Z.Baxışova oğlunun həyat yoldaşına və övladına da baxdıqlarını bildirib: “Tək bizə deyil, kredit götürdüyüm zaman banka verdiyim bütün nömrələrə zəng edib, təzyiq göstərirlər. Mən pul tapa bilmirəm ki, onu ödəyim. Ailədə heç kim işləmir, çörək pulunu güclə tapırıq. Yoldaşımla mən pensiya alırıq. Onunla dolanırıq. Seymurun ailəsi də bizimlədir. Hamımız gözümüzü pensiyaya dikmişik. Bank isə heç bir güzəşt etmək istəmir”

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər