İlhamə Quliyevanın mirası Orxanın əlindən çıxdı? - vəkildən açıqlama
13-07-2016, 12:06
Oxunub: 2 809
Mərhum xalq artisti İlhamə Quliyevanın mirasının bacılarına qalması ilə bağlı dayısı oğlu Eldar İsmayılov açıqlama yayıb
Axşam.az-ın məlumatına görə, o, bildirib ki, Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, müğənninin mirası bacıları Gülbahar və İradə arasında bölünəcək.
E.İsmayılovun sözlərinə görə, İ.Quliyevanın oğlu kimi özünü təqdim edən Orxan Nadirovun övladlıq iddiası təmin olunmayıb.
Məsələ ilə bağlı O.Nadirovun vəkili Habil Vəliyev əməkdaşımıza açıqlama verib. O, baş tutan məhkəmədən xəbərsiz olduqlarını deyib:
"Söhbət hansı məhkəmədən gedir - xəbərimiz yoxdur. Biz Yasamal Rayon Məhkəməsində heç bir iddia qaldırmamışıq. Bizim işimizə Səbail rayonunda baxılır. Səbail Rayon Məhkəməsində birinci dərəcəli vərəsəlik iddiası qaldırmışıq. Ola bilsin ki, qarşı tərəf ikinci, üçüncü dərəcəli vərəsəlik iddiası qaldırıb.
Səbail Rayon Məhkəməsi bizim prosesi qeyri-müəyyən vaxta qədər təxirə salıb. Bu, hakimin qərarı idi. Yəni hələ dəqiq olan heç nə yoxdur".
Mirasın xalq artistinin bacıları arasında bölünməsi ilə bağlı suala isə H.Vəliyev gülərək: "Onlar nə danışırlar, bizim xəbərimiz yoxdur", - deyə cavab verib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər