Fikrət Fərəməzoğlu niyə BMCQMİ-də saxlanılır? - Maraqlanan yoxdur
13-07-2016, 12:36
Oxunub: 3 108
Artıq 12 gündür ki, "Jam.az" saytının baş redaktoru Fikrət Fərəməzoğlu həbs olunaraq, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (BMCQMİ) saxlanılır
"Qaynarinfo.Az" xatırladır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 157.3 maddəsinə görə, məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz. Fikrət Fərəməzoğlu barəsində isə Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə cinayət işi başlanılaraq, həbs-qətimkan tədbiri seçilib. Bu müddətdə jurnalistin BMCQMİ-nin təcridxanasında saxlanılması qanuna ziddir.
Bununla bağlı "Qaynarinfo.Az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadəyə müraciət edib.
Orxan Mansurzadə bildirib ki, bu sualla Baş Prokurorluğu müraciət etmək lazımdır:"Onunla bağlı hansı istintaq əməllərinin həyata keçirildiyini prokurorluqdan öyrənə bilərsiniz".
Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Təranə Vəlizadə isə bildirib ki, sualımızı cavablandırmaq üçün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət etməliyik.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu "Qaynarinfo.Az"a bildirib ki, istirahətdən yeni qayıdıb və jurnalist Fikrət Fərəmozoğlunun həbsi barədə geniş məlumata malik deyil. Novella Cəfəroğlu daha sonra qeyd edib ki, yaxın günlərdə bu məsələ ilə maraqlanacaq.
Digər hüquq müdafiəçisi Səadət Bənənyarlı da Fikrət Fərəməzoğlu barəsində məsələ qaldırmaq üçün onun yaxınlarından və ya vəkilindən heç bir müraciət almadıqlarını deyib: "Əlbəttə biz işin gedişatını izləyirik. Amma konkret olaraq bununla bağlı məsələ qaldırmaq və ya onunla görüş üçün müraciət etmək üçün bizə hər hansı müraciət daxil olmalıdır".
Ombudsman Aparatından isə sorğumuza cavab almaq mümkün olmadı. Aparatın "Qaynar xətt"indən bildirilib ki, mətbuat xidməti respublikanın bölgələrində ictimai dinləmələr keçirir: "Mətbuat xidməti də həmin tədbirlərə görə rayonlara səfər edir".
Bununla belə, "Qaynar xətt"dən bildiriblər ki, jurnalistlə bağlı aparata məlumat veriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər