BolgeXeber.Com » Xəbərlər » İmişlinin icra başçısının HESABATI

İmişlinin icra başçısının HESABATI

13-07-2016, 17:10
Oxunub: 2 264 İmişlinin icra başçısının HESABATI“2016-cı il tarixdə dərin islahatlar dövrü kimi qalacaq”

İmişli rаyоnu İcrа Hаkimiyyətinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağında rаyоn İcrа Hаkimiyyətinin bаşçısı Vilyam Hacıyev hesabat verib. DİA.AZ həmin hesabatı olduğu kimi təqdim edir:

"Hörmətli yığıncаq iştirаkçılаrı !

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dünyada təhlükələrin artdığını, iqtisadi böhranın daha da dərinləşdiyini və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyini deyən Prezident İlham Əliyev Azərbaycanda uğurlu inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit qaldığını, ölkə qarşısında duran vəzifələrin həll olunduğunu bildirdi. Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlətimizin başçısı aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısının ordumuz tərəfindən alındığını, əks-hücum əməliyyatı nəticəsində 2 min hektar ərazinin işğaldan azad edildiyini diqqətə çatdırdı. “Münaqişə tezliklə həllini tapmalı, status-kvo dəyişilməlidir”, - deyən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğuladı. “Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır”, - deyən dövlətimizin başçısı buna nail olmaq üçün həmsədr ölkələrin və ATƏT-in Ermənistana ciddi təzyiq göstərmələrinin vacibliyini diqqətə çatdırdı.

Bu ilin altı ayında ölkəmizin xarici siyasətinin fəal olduğunu, 10-dan çox dövlət və hökumət başçısının Azərbaycana səfərə gəldiyini, özünün də xaricə səfərlərinin beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyini deyən Prezident İlham Əliyev çıxışında iqtisadi inkişaf proseslərindən də danışdı, cari ilin altı ayında ümumi daxili məhsulun azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft sektorunda artımın müşahidə olunduğunu dedi. Bildirdi ki, ötən 6 ayda ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalır. İlin birinci yarısında 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. “2016-cı il tarixdə dərin islahatlar dövrü kimi qalacaq”, - deyən dövlətimizin başçısı strateji enerji və nəqliyyat layihələrinin uğurla icrası istiqamətində tədbirlərin davam etdirildiyini bildirdi.

Dövlətimizin başçısı ixracyönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi ilə bağlı tapşırıqlarını verdi. Prezident İlham Əliyev dedi ki, bu il ölkədə dərman istehsalına başlanması, sənaye mərkəzlərinin yaradılması istiqamətində, həmçinin Mingəçevirdə yüngül sənaye kompleksinin təməlinin qoyulması, hər bir rayonun sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı işlər davam etdirilir.

Azərbaycanda xalçaçılıq sənayesinin, baramaçılığın, pambıqçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi, zəruri ərzaq məhsulları ilə təminatın, ət və süd məhsullarına olan tələbatın ödənilməsi, meliorativ tədbirlərin davam etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, o cümlədən turizm sənayesinin yaradılması istiqamətində görülən tədbirlərin davamlı olması ilə bağlı tapşırıqlarını verən dövlətimizin başçısı son illərdə Bakıda keçirilən beynəlxalq tədbirlərin, həmçinin Formula-1 Avropa Qran-prisinin ölkəmizdə turizmin inkişafına ciddi dəstək verdiyini bildirdi. Bundan əlavə, Prezident İlham Əliyev “ASAN xidmət”in fəaliyyətinə toxunaraq artıq bu quruma yarandığı vaxtdan indiyə qədər 10 milyon müraciət edildiyini, ölkədə 9 “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyini, bu il isə Masallı və Qəbələdə yeni mərkəzlərin yaradılacağını diqqətə çatdırdı. Əsassız yoxlamaların azaldılması ilə bağlı verdiyi tapşırıqların müvəffəqiyyətlə icra olunduğunu deyən Prezident İlham Əliyev 2016-cı ilin ikinci yarısının da uğurlu olacağına əminliyini ifadə etdi.

2016-cı ilin 6 ayı ərzində İmişli rayonunun sosial-iqtisadi inkişafında da yaxşı nəticələr əldə olunmuşdur. Bеlə ki, iqtisаdiyyаtın əsаs sаhələri üzrə 247.715.400 mаnаtlıq məhsul istеhsаl еdilmiş və yа хidmət göstərilmişdir ki, оnun 128.570.100 manatı və ya 51,9 faizi sənaye, 66.190.000 manatı və ya 26,7 faizi kənd təsərrüfаtı, 14.870.500 mаnаtı və ya 6 faizi tikinti, 33.554.100 mаnаtı və 13,5 faizi ticаrət və iаşə, 4.250,200 mаnаtı və ya 1,7 faizi nəqliyyat, 300.500 mаnаtı və ya 0,2 faizi rаbitə müəssisələrinin payına düşür. Göründüyü kimi rayon iqtisadiyyatında əsas yeri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutur.

Rayonda aparılan abadlıq və quruculuq işləri:

İmişli şəhəri Heydər Əliyev prospekti, S.Fətəliyev, M.Müşviq, H.Aslanov və Q.İsmayılzadə küçələrinin təmir olunaraq asvalt örtüyü qoyulmuşdur.

2016-cı ilin 6 ayında ümumi istifadədə olan avtomobil yollarının saxlanması və cari təmir işlərinə 36 saylı yol istismarı idarəsi tərəfindən 392,0 min manatlıq məbləğində iş həcmi yerinə yetirilmişdir. Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunda 8 km avtomobil yolunun alt qatına asfalt beton qoyulmuşdur. İmişliyə giriş yolunda 0-7 km sahəsində əsaslı təmir işləri aparılmışdır.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işləri tamamlanmaq üzrədir. Həmçinin, rayonda bu təbəqədən olan insanlar üçün növbəti, ikinci 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur.

İmişli rayon məhkəməsinin və Ərazi Kənd Təsərrüfatı idarəsinin inzibati binasının tikintisi işləri başa çatmış, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin, “ASAN” Xidmət Mərkəzinin və “Azərişıq” ASC-nin İmişli rayonu Elektrik Şəbəkəsinin inzibati binalarının tikintisi nəzərdə tutulmuşdur.

Sənаyе məhsullаrının istеhsаlı üzrə:

Rayonumuz əsasən aqrar rayonu olmasına baxmayaraq bu gün İmişli rayonunda sənaye də inkişaf etmişdir. Son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülmüş, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Kəllə qənd, Qarışıq Yem, Bitki Yağları, Spirt emalı, Çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq quşçuluq” MMC, İmişli Brolyer və “Araz” Konservləşdirilmiş Şirələr və Konyak zavodu stifadəyə verilmişdir.

2016-cı ilin 6 ayı ərzində ilkin məlumatlara əsasən 128.570.100 manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövri ilə müqayisədə 2.6 dəfə çox olmuşdur. Bu artım əsasən Şəkər Zavodunun istehsal rejimində işləməsi ilə əlaqədar olmuşdur. İstehsal olunan sənaye məhsullarının 95,0 faizi qeyri-dövlət sektorunun payına düşür. Rayonda iri neft sənaye müəssisəsi olan Muradxanlı İriləşdirilmiş Neft Mədəni 7,9 min ton neft məhsulu istehsal etmiş dövlət sektorunu əhatə etməklə ümumi həcmdə məhsul istehsalının 0,7 faizini təşkil etmişdir. Ümumiyyətlə İmişli Şəkər Zavodu 2016-cı ilin 6 ayı ərzində 168.297.200 ton şəkər tozu istehsal olunmuş, o cümlədən başqa sifarişçiyə məxsus xammaldan 46.094.400 ton şəkər tozu emal olunmuşdur.

Kənd təsərrüfаtı məhsullаrının istеhsаlı üzrə:

2016-ci ilin 6 ayı ərzində heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilmiş, rayon üzrə mal-qaranın sayı 93103 başa, qoyunların sayı 251706 başa, quşların sayı isə 1515691 başa çatmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 1008 baş, qoyunlar 4087 baş, quşlar isə 190002 baş artmışdır. Ət istehsalı (diri çəkidə) 6352 ton, süd istehsalı 24722,2 ton, yumurta istehsalı isə 60551 min ədəd olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün heyvandarlıq məhsullarının istehsalı artmışdır. 01 iyul 2016-cı il tarixə kimi 33472 hektar sahədə buğda, 18674 hektar sahədə arpa istehsal olunmuşdur. Bu sahədə işlər davam etdirilir.

İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün Rayon Telestudiyasının yaxınlığındakı 10 ha ərazidə yeni istixanaların inşa olunmasına başlanılmış, rayonda taxılçılğın və pambıqçılığın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə xarici investorları cəlb etməklə dövlət fondu torpaqlarından 6 min hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş, həmçinin, kənd təsərrüfаtı məhsulları istehsalının artırılması üçün “MKT” MMC-yə 3813 ha torpaq sahəsi verilmişdir. Bundan əlavə 10572 hektar torpaq sahəsinin təyinatının dəyişdirilməsi məqsədi ilə aidiyyəti orqanlara müraciət olunmuşdur.

Əhalinin sosial müdafiəsi ilə bağlı:

Məlumat üçün bildirirəm ki, cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş Dövlət Proqramlarının icrası uğurla icra edilmiş və bunun nəticəsində İmişli rayonunda 2016-cı ilin 6 ayı ərzində 500 iş yeri və ümumi isə 22971 iş yeri və açılmışdır. Rayon əhalisinin məşğulluğunun təmin olunması ilə bağlı müvafiq tədbirlər həyata keçirilmiş, qəbul olunmuş Məşğulluq Strategiyasının icrasından irəli gələn məsələlərin həlli istiqamətində bundan sonra da işlər görüləcəkdir.

2016-cı ilin birinci yarımilliyində gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə ünvanlı sosial yardımların verilməsi təmin edilmiş, 626 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir.

Bütün bunlarla yanaşı biz bundan sonra da ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə çalışacaq, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bütün qüvvəmizi sərf edəcəyik."
İmişlinin icra başçısının HESABATI
İmişlinin icra başçısının HESABATI