Adil Vəliyevin yeni biznes planı - İDDİA
15-07-2016, 16:02
Oxunub: 5 269
Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyevin uzun müddət biznes fəaliyyəti ilə məşğul olması yeni xəbər deyil
Bu barədə indiyədək ayrı-ayrı media qurumlarında dəfələrlə məlumat verilib. Qeyd edək ki, "Euro Style" LTD-nin təsisçisi olan Adil Vəliyev "Porsche", "Audi", "Volkswagen" və "Seat" şirkətlərinin Azərbaycandakı rəsmi distribütorudur. İcra başçısının özünün şəxsi kolleksiyasında dəyəri 100 minlərlə manat olan onlarla avtomobil var. Onların bəzilərinin nömrələri belədir: 10 AA 818, 10 YY 078, 10 FF 078, 10 AL 078, 10 AA 078, 99 CF 999 və 99 ON 999. İcra hakiminin kolleksiyasındakı 90 HH 900 dövlət nömrə nişanlı "Posche Monsory 958 Cayenne" avtomobilinin dəyəri 400.000 AZN-dir. 10 FF 078 dövlət nişanlı "Ferrari F 12 Berlinetta" isə 493.000 manatadır. İki maşının qiyməti bir milyon manata yaxındırsa, Adil Vəliyevin kolleksiyasının ümumi dəyərinin milyonlarla manat olduğunu deyə bilərik. Bundan başqa, icra başçısının nəzarətində digər biznes strukturlarının da olduğu iddia edilir. Mötəbər qaynaqlardan gundelik-baku.com-a daxil olan məlumatlarda isə bildirilir ki, icra başçısının pul qazanmaq, biznesini genişləndirmək həvəsi bitib-tükənmək bilmir. Mənbəmizin sözlərinə görə, icra başçısı «Porsche Bakı Mərkəzi»nin yaxınlığındakı böyük ərazini ələ keçirmək niyyətindədir. Qeyd olunur ki, həmin ərazi bir müddət əvvələ kimi qamışlıq olub. Prezidentin sözügedən ərazidə təmir olunan yolun açılışına hazırlıqla bağlı qamışlıq təmizlənib və sahə tamamilə düzlənib: «İndi bu ərazini Sabunçunun icra başçısı ələ keçirib böyük ticarət mərkəzi tikdirmək istəyir. Deyilənə görə, artıq sənədləşmə işləri aparılır və yaxın vaxtlarda tikinti işlərinə start veriləcək». Qeyd edək ki, icra başçısının biznesini oğlu Ənvər Vəliyev idarə edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər