Sumqayıt Teatrı 47-ci mövsümü "Hacı Qara" komediyası ilə yekunlaşdırıb
16-07-2016, 12:05
Oxunub: 3 083
48-ci teatr mövsümünün açılışı Sumqayıt teatrının təmir olunan yeni binasında olacaq
Sumqayıt Dövlət Dram Teatrı 47-ci mövsümü başa vurub.Bu barədə "Report"a Sumqayıt Teatrından məlumat verilib.Mövsümü "Burdan min atlı keçdi" əsəri ilə açan teatr, "Hacı Qara" tamaşası ilə yekunlaşdırıb.Tamaşanın rejissoru teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmovdur. Hacı Qara rolunu aktyor Akif Mirzəyev (dublyor- Yalçın Səlimov) ifa edib.
Əsas obrazları əməkdar artistlər İlahə Səfərova, İzaməddin Bağırov, aktyor İlham Səfərli, Cəlal Məmmədov, Mətləb Səfərli, Rövşən Əsgərov, İlahə Səfərli, Dağlar Rüstəmov və başqaları canlandırıb.
Maraqlı, məzəli musiqi nömrələri, avanqard rejissor yozumu, qədərincə aktyor improvizələri tamaşanı daha baxımlı edib.
Qeyd edək ki, Sumqayıt Teatrı yeni teatr mövsümünü sentyabrda təmirdən çıxan binasında edəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər