BolgeXeber.Com » Xəbərlər » Qorxmaz Hüseynovun qardaşının gizli dünyası: icra başçısı ilə “Məxməri” restoranında… – FOTOLAR
Qorxmaz Hüseynovun qardaşının gizli dünyası: icra başçısı ilə “Məxməri” restoranında… – FOTOLAR
18-07-2016, 09:34
Oxunub: 3 138
“Qaçqınkom” rəhbəri Əli Həsənovun da adından “o mənim dayımdır” deyə bəhrələndiyi gələn məlumatlar arasındadır
“Azərsu” ASC-in sədri Qorxmaz Hüseynov haqda bu günədək mediada müxtəlif tənqidi yazılar dərc olunub. Son günlər isə “Su Şefi”nin qardaşı Faiq Hüseynov barədə iddialar yayılmaqdadır. Belə ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun qardaşı, ARDNŞ-nin Qazma işləri trestinin rəis müavini vəzifəsində çalışan Faiq Hüseynovla bağlı cumhuriyyet.az-a yeni faktlar daxil olub. Həmin məlumatlarla tanış olmazdan öncə isə bəzi xatırlatmaları etmək istərdik. Xatırladaq ki, Faiq Hüseynov indiki vəzifəsinə qədər ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin rəis müavini vəzifəsində işləyib.
Məlumatlı mənbənin bildirdiyinə görə, Faiq Hüseynov Bakıda və respublikanın bir çox yerlərində biznes obyektlərinə və villalara sahibdir(onlardan bəzilərinin fotolarını aşağıda sizə təqdim edirik). Bu sırada Şabran rayonunun Zeyvə və Gilavar kəndlərində tikilən, qiyməti milyonlarla ölçülən imarətlər xüsusilə seçilir. Deyilənə görə, ARDN vitse prezidenti Mikayıl İsmayılovla yaxın münasibətləri olan F.Hüseynov bu villaların da ona dostu tərəfindən hədiyyə edildiyi bildirir. Yeri gəlmişkən Faiq Hüseynovun öz həmyerlisi “Qaçqınkom” rəhbəri Əli Həsənovun da adından “o mənim dayımdır” deyə bəhrələndiyi gələn məlumatlar arasındadır. Eyni zamanda mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə F.Hüseynov qardaşının yaxın qohumu olan Bakı rayonlarından birinin icra başçısı ilə “Məxməri” restoranında tez-tez kef məclisləri qurmağı sevir.
ARDNŞ-nin Geofizika və Geologiya İdarəsindən oğurlanıb Fərhad Hüseynovun adına sənədləşdirilən qayıq harda saxlanılır?
Hüseynov qardaşlarının xaricə daşıdığı pullar və xaricdə yaşayan qohumları;
TOSOİL yanacaqdoldurma məntəqələrinin Faqi Hüseynovla nə əlaqəsi var?
Elmi tədqiqat gəmilərinə quraşdırılmış kompressorların alınmasındakı milyonluq korrupsiya…
Bu və digər faktlar haqda daha ətraflı növbəti yazımızda…



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər