BolgeXeber.Com » Xəbərlər » İşçisini döyən televiziya müdiri danışdı: - "... GEDiRƏM"

İşçisini döyən televiziya müdiri danışdı: - "... GEDiRƏM"

18-07-2016, 12:00
Oxunub: 2 010 İşçisini döyən televiziya müdiri danışdı: - "... GEDiRƏM"Məlumatda bildirilirdi ki, o, səsyazma otağına gələrək işçiləri “qeyrətsiz” deyə təhqir etmiş, səs rejissoru Vüqar Kərimovla isə əlbəyaxa olmuşdu

Xəbər verdiyimiz kimi Tovuzda fəaliyyət göstərən “Türkel Televiziyası”nda müdir Nadir Şəfiyevin işçisinə əl qaldırmasından sonra ona qarşı etirazlar səngimək bilmir. Gununsesi.info xəbər verir ki, televiziyanın bir neçə işdən çıxan əməkdaşının müdriyyətə öz etirazları ilə bağlı mətbuata açıqlama verməsindən və son dava hadisələrindən sonra şirkətdəki işçilər arasında da daxili narazılıqlar artır. Artıq daxildəki televiziya işçilərinin də etiraz pıçıltılarına başladıqları bildirilir.
Televiziyadakı iş mühitindən narazılıqların artacağından ehtiyat edən qalmaqallı televiziya müdiri işçilərlə toplantı keçirib. Ümumi iclas xeyli müddət davam edib. Toplantıda telekanalda çalışan rəhbər işçilər və digər televiziya əməkdaşları iştirak ediblər. Əldə etdiyimiz məlumata görə, N. Şəfiyev keçirdiyi iclasda bildirib ki, o tezliklə məzuniyyətə gedəcək.
Əldə etdiyimiz digər bir məlumata görə isə, yaşanan son hadisələrdən və məsələnin ictimailəşməsindən sonra Bakıdakı baş ofisdən – Regional Televiziyaları İstehsalat Birliyindən “Türkel Televiziyası”nın müdirinə ciddi tapşırıqlar verilib.
Qeyd edək ki, artıq bir neçə gündür ölkə mətbuatı “Türkel Televiziyası”nın (TTV) müdiri Nadir Şəfiyevin öz işçisi ilə dalaşmasından və işçilərin bu hadisəyə və müdriyyətin şirkətdə yaratdığı iş rejiminə etiraz etməsindən yazır.
Xatırladaq ki, televiziya müdiri Nadir Şəfiyevin işçisini döyməsi ilə bağlı ilk xəbəri Gununsesi.info saytı yazmışdı. Məlumatda bildirilirdi ki, o, səsyazma otağına gələrək işçiləri “qeyrətsiz” deyə təhqir etmiş, səs rejissoru Vüqar Kərimovla isə əlbəyaxa olmuşdu.