BolgeXeber.Com » Xəbərlər » ANS-in yayımının kəsilmə anı - VİDEO

ANS-in yayımının kəsilmə anı - VİDEO

19-07-2016, 10:22
Oxunub: 1 898 ANS-in yayımının kəsilmə anı - VİDEOAzərbaycan ərazisində ANS televiziyasının yayımından imtina edilib

Bolgexeber.com qafqazinfo-ya istinadən bildirir ki, fəaliyyəti müvəqqəti dayandırılan kanalın sonuncu efirində iqtisadi xəbərlər yer alıb. Axşam 18-19 radələrində ANS-in yayımı kəsilib. Bununla bağlı efirdə hər hansı xəbərdarlıq olmayıb.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının yaydığı məlumata əsasən, ANS terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirməsi, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürməsi, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışması və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atdığı üçün müvəqqəti olaraq bağlanıb.

ANS-in efirinin kəsilmə anının görüntüsünü təqdim edirik: