Goranboydakı “qızıl əməliyyatı”nda Ziya Məmmədov izi
19-07-2016, 10:46
Oxunub: 2 933
Nizaməddin Quliyevi nəqliyyat naziri həbsdən xilas edib
Goranboydakı qızıl qalmaqalı ilə bağlı redaksiyamıza yeni məlumatlara daxil olub. Söhbət rayonun Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazidə gizli qazıntı işlərindən gedir.
Bunun qarşısını Dövlət Təhlükəsizlik Xidməti alıb. Bəlli olub ki, qazıntı işlərini Goranboyun icra başçısı Nizaməddin Quliyevə yaxın şəxslər aparır. Onların arasında icra başçısının Fuad Əliyev adlı köməkçisinin, Su-Kanal Idarəsinin rəis müavini Misir Ələkbərov da olub.Bu məsələyə görə Nizaməddin Quliyevin Prezident Administrasiyasına çağırılaraq sərt şəkildə danlanıldığı bildirilirdi.
“Azadlıq”a daxil olan məlumatda deyilir ki, qazıntı işləri təkcə Goranboyda deyil, Imişlinin də bəzi kəndlərində aparılıb. Qızıl axtarışı üçün xaricdən bahalı qurğuların gətirildiyi də bildirilir. Həmçinin deyilir ki, Nizaməddin Quliyev və komandasını nəqliyyat naziri Ziya Məmmədov xilas edib. Belə ki, qızıl axtaranlar ifşa olunduqdan sonra Ziya Məmmədov məsələyə qarışıb və onların həbsinin qarşısını ala bilib. Bəzi iddialara görə, bu məsələdə nazirin də marağı olub. Lakin o, məsələnin üstünün açıldığını görüb adamlarını xilas etmək üçün bütün gücünü işə salıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər