BolgeXeber.Com » Xəbərlər » Arzu Rəhimov işçisi ilə bacarmır? - İTTİHAM VAR

Arzu Rəhimov işçisi ilə bacarmır? - İTTİHAM VAR

20-07-2016, 12:13
Oxunub: 2 694 Arzu Rəhimov işçisi ilə bacarmır? - İTTİHAM VAR Onların yerinə isə, hərbi xidmətə yararsız gəncləri göndərmək təcrübəsi geniş tətbiq edilir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik xidməti) Hacıqabul rayon şöbəsində baş verənlərə dair bizimdovr.az-a daxil olan məlumatlarda bildirilir ki, hazırda davam edən çağırış prosesi ilə əlaqədar şöbədə həyata keçirilən pul yığımlarının ən intensiv mərhələsi getməkdədir. Mənbənin verdiyi açıqlamaya görə, quruma rəhbərlik edən Nurlan Abbasovun da, davam edən vəziyyətlə əlaqədar, kefi olduqca kökdür. Qeyd edək ki, son bir neçə ay ərzində redaksiyamıza Səfərbərlik xidmətinin Hacıqabul rayon şöbəsinin fəaliyyətində müşahidə olunan bir sıra qanun pozuntularına dair açıqlamalar davamlı olaraq daxil olmaqdadır. Mövzuya dair ötən yazılarımızda da biz göstərmişdik ki, Səfərbərlik xidmətinin bəzi rayon şöbələrinin fəaliyyəti hələ də bir çox hallarda vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya faktları ilə müşayiət olunmaqdadır. Yerli mənbələrin iddialarına görə, bu sahədə həyata keçirilən islahatlar bəzi bölgələrdə rüşvət və korrupsiyadan əldə olunan gəlirlərin mənimsəmə imkanlarının sadəcə olaraq birilərinin əlindən digərlərinə keçməsinə səbəb oldu. Hətta əvvəllər komissarlıqlarda yer alan rüşvətxorluq və korrupsiya halları Səfərbərlik xidmətinin bəzi rayon şöbələrində bir qədər də artıb və dərinləşib. Aldığımız məlumatlarda da qeyd edilir ki, haqqında bəhs olunan neqativ hallar bu gün Nurlan Abbasovun rəhbərlik etdiyi şöbədə davamlı şəkildə müşahidə olunur. Məlumdur ki, bu sahədə qanun pozuntularına daha çox məhz hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlmək mümkündür. Bir çox mənlər tərəfindən irəli sürülən iddialara görə, bu gün Nurlan Abbasovun rəhbərlik etdiyi qurum tərəfindən də fiziki və əqli cəhətdən sağlam gənclər müxtəlif yollarla həqiqi hərbi xidmətdən yayındırılır. Onların yerinə isə, hərbi xidmətə yararsız gəncləri göndərmək təcrübəsi geniş tətbiq edilir. Qeyd edək ki, bu açıqlamaları redaksiyamıza verən mənbə, həm də iddialrını konkret dəlillərlə də isbatlayır. Bu baxımdan bizə təqdim olunmuş hərbi biletlr də xüsusi maraq kəsb edirlər. Belə ki, həmin sənədlər Səlyan rayonu, Rəncbər kənd sakinləri Hüseynov Faid Etibar oğlunun və Şıxməmmədov Minar Xandadaş oğlunun, Qazi-Məmməd şəhər sakinləri Kərimov Həsənəli Eldar oğlunun, Dadaşzadə Emin Elman oğlunun, Məhərrəmov Faiq Vadər oğlunun, Salmanov Emil Əlimusa oğlunun və Qanıyev Əhməd Nizami oğlunun, II Paşalı kənd sakinləri Əmrahov İbadulla Əmrah oğlunun və Ələkbərov Camal Əkbər oğlunun, Qarasu kənd sakinləri Azadov Xəzər Mətləb oğlunun və Azadlı Vasif Sahəddin oğlunun, Kürdəmir rayonu, Axtaçı kənd sakini Vəliyev Rüfət Telman oğlunun və Şirvan şəhər sakini Bayramov Elvin Əliqismət oğlunun adlarına verilmiş hərbi biletlərdir. Məhz bu kimi inkarolunmaz dəlillər Nurlan Abbasovun fəaliyyətinin ciddi şəkildə araşdırılması barədə tələblərin irəli sürülməsinə yol açmışdı. Həmçinin bizimdovr.az-a təqdim olunan son açıqlamalarda Səfərbərlik xidmətinin Hacıqabul rayon şöbəsində çağırışçıların öz arzularına uyğun olaraq, bu və ya digər bölgələrə hərbi xidmətə göndərilməsinin də mümkün olduğu bildirlir. Məsələn, mənbələr bildirirlər ki, Hacıqabul rayonundan olan çağırışçının paytaxt Bakı ərazisində yerləşən hərbi hissələrdən birinə göndərilməsini təmin etmək üçün, səfərbərlik şöbəsində 5000 (beş min) manat pul tələb edirlər. Maraqlıdır ki, bu kimi proseslərin Hacıqabul rayon şöbəsində hətta yuxarı instansiya tərəfindən aparılan yoxlamaların gedişi zamanı da davam etdiyi iddia olunur...
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.