BolgeXeber.Com » Xəbərlər » “Ballı market”in rəhbərindən narazılıq VAR

“Ballı market”in rəhbərindən narazılıq VAR

21-07-2016, 09:36
Oxunub: 4 003  “Ballı market”in rəhbərindən narazılıq VARN.Nerovnyanın vəkili Ceyhun Yusifov deyir ki, olayın baş verdiyi gündən bu günə qədər iş üzrə obyektiv araşdırma aparılmayıb

Atası Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Ukrayna əsilli Azərbaycan vətəndaşı Natalya Nerovnyanın şikayəti araşdırılmamış qalıb. N.Nerovnya “Ballı market” şəbəkəsinin rəhbəri Elman Əsədovdan şikayətçidir.

Bu haqda musavat.com-da “Xanım işçisindən ”Ballı market"in rəhbərinə şok ittiham: “Məni çılpaq şəkillərimi çəkməklə hədələyib...” http://musavat.com/news/son-xeber/xanim-ishchisinden-balli-marketin-rehberine-shok-ittiham-meni-chilpaq-shekillerimi-chekmekle-hedeleyib_362153.html sərlövhəli yazı dərc etmişdik.

N.Nerovnya bildirmişdi ki, E.Əsədovun intim təkliflərini rədd etdiyinə görə onun maşını əlindən alınıb, maşından özünə və qonşusuna məxsus qızıllar götürülüb. Özünü isə gecə yarısına qədər işdə saxlayaraq lüt soyundurub videoya çəkmək hədəsi ilə guya marketdən 30 min manat mənimsədiyi haqda “ifadə” tələb ediblər. E.Əsədovun 2 qadın qohumu N.Nerovnyanın paltarlarına əl atıb onu soyundurmağa cəhd etdikdən sonra o, qarşı tərəfin ondan tələb etdiyi ifadəni - marketdən guya 30 min manat mənimsəməsi haqda yalanları video qarşısında deməklə yaxasını zorakıların əlindən qurtara bilib. Maşını əlindən alınmış xanım gecəyarısı zorakılığa məruz qaldığı yerdən dərhal Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə üz tutub. Burada N.Nerovnyanın şikayəti üzrə araşdırmalar başlayıb və sonradan prokurorluq orqanına təhvil verilib.

N.Nerovnyanın vəkili Ceyhun Yusifov deyir ki, olayın baş verdiyi gündən bu günə qədər iş üzrə obyektiv araşdırma aparılmayıb: “Natalya Nerovnya üzləşdiyi zorakılıqla bağlı polisə müraciət edəndən sonra polis əməkdaşları marketə gediblər və zorakılığın baş verdiyi ərazidə olan nəzarət kameralarının yaddaşını götürmək istəyiblər. Lakin onlara həmin vaxt demişdilər ki, kameralara nəzarət edən mütəxəssis yoxdur, gəlsin, kameraların yaddaşına baxarsız. İş prokurorluğa göndəriləndən sonra yenidən həmin nəzarət kameralarının yaddaşına baxılması məsələsi qalxdı. İşi Suraxanı rayon prokurorunun köməkçisi Vaqif Hüseynov araşdırır. O dedi ki, videonu bizə verməyəcəklər, çoxdan silib atıblar.

Bizim şikayətlərimizdən sonra Suraxanı prokuroru Vaqif Hüseynovu danladı, həmin videonu götürməsini tapşırdı. Sonradan V.Hüseynov dedi ki, guya ora tək gedib, videokameralar xarab imiş".

 “Ballı market”in rəhbərindən narazılıq VAR


Vəkil deyir ki, belə yanaşma ilə iş üçün əhəmiyyətli olan əsas sübutlardan biri yoxa çıxarılıb: “Həmin videoları özləri bilə-bilə siliblər. Natalya Nerovnya ”Ballı market" şəbəkəsinin rəhbəri Elman Əsədovun zorakılığına məruz qalan zaman maşının açarları da əlindən alınmışdı. Polislə maşının saxlandığı əraziyə gedəndə maşın orada olsa da, açarları yox idi. V.Hüseynov 1 dəfə ora getdi və maşının açarlarını tapıb gətirdi. Deyir ki, guya açarlar maşının yanında yerə atılıbmış. Polis orada bir neçə dəfə olub və açarlar maşının yanında olmayıb. V.Hüseynov açarı oradan necə tapıb, bilinmir. Bundan başqa, V.Hüseynov açarı - istintaq üçün əhəmiyyətli olan sübutu xüsusi qablaşdırmaya yerləşdirmədən götürüb qoyub cibinə. Açarın üzərindəki əl izlərinin götürülməsini isə V.Hüseynov “unudub”. Bununla da iş üçün əhəmiyyət kəsb edən 2-cü sübutu da aradan çıxarıb. Dəfələrlə vəsatətlə çıxış etmişik ki, maşında ekspertiza keçirilsin, əl izləri götürülsün. Bunu da etmirlər. Bu hərəkətlər şikayətimizin rədd edilməsi üçün edilir".

Vəkil bildirib ki, baş prokuror Zakir Qaralova müraciət ünvanlayaraq N.Nerovnyanın üzləşdiyi qanunsuzluqların araşdırılmasını öz nəzarətinə götürməsini xahiş ediblər.
İddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.