Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının açılışı olub - Cəlilabadda
21-07-2016, 12:16
Oxunub: 5 991
İyulun 21-də Cəlilabad Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının açılış mərasimi keçirilmişdir
Açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, kənd təsərrüfatı naziri Heydər Əsədov, kənd təsərrüfatı üzrə mütəxəssislər və fermerlər iştirak ediblər.
Bolgexeber.com xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,Nazir Heydər Əsədov binanı gəzərək, kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən maarifləndirici buklet və kitabçalarla, bölgədə yetişdirilmiş yeni taxıl sortları ilə tanış olub, baytarlıq idarəsinə, Dövlət Toxum Müfəttişliyinin Diaqnostik kabinetinə, Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti xidmətlərinin yerli qurumlarının iş otaqlarına, bitkiçilik və heyvandarlıq sektorlarına baxıb. Bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə töhfə verəcək. Açılış mərasimində Prezident İlham Əliyevin rəhbərliyi altında son zamanlar kənd təsərrüfatının inkişaf istiqamətlərində həyata keçirilən tədbirlər, qəbul olunan qərar və sərəncamlar, hüquqi və fiziki şəxslərə verilən texnikaların ilkin dəyərinə 40 (qırx) faiz güzəşt tətbiq edilməsi, gübrələrin, o cümlədən Avropanın ən inkişaf etmiş ölkələrinin texnika və texnoloji avadanlıqlarının ölkəmizə gətirilərək fermerlərə güzəştli şərtlərlə verilməsi barədə danışılıb, həmçinin aqrar sahədə həyata keçirilən institutsional islahatlar barədə geniş məlumat verilib.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər