BolgeXeber.Com » Xəbərlər » ANS-çilər kanallarının bağlanmasına belə reaksiya verdilər... - Statuslar...

ANS-çilər kanallarının bağlanmasına belə reaksiya verdilər... - Statuslar...

21-07-2016, 13:11
Oxunub: 3 163  ANS-çilər kanallarının bağlanmasına belə reaksiya verdilər... - Statuslar... ANS televiziyasının qapadılması cəmiyyətdə birmənalı qarşılanmayıb

Ölkədəki digər televiziya kanallarından qismən də olsa sərbəst olan ANS-in bağlanmasına ictimai təpkilər olsa da sosial şəbəkələrdə buna sevinənlər də az deyil. Bəs görəsən ANS-in ünlü əməkdaşları öz iş yerlərinin bağlanması barədə nə düşünür?
Gununsesi.info ANS əməkdaşlarının facebook səhifələrindəki statuslarını təqdim edir:
Xanım Yadigarlı: “MTRŞ-nın əlinə fürsət düşdü”
Üzülməmək əldə deyil. Türkiyədə terror olanda ANS hər dəfə matəm efiri elan edib. Elə həftə sonu “Hesabatda” Türkiyənin Bakıdakı səfiri hadisələri dövlətçilik nöqteyi-nəzərdən şərh edirdi.
Yüzlərlə peşəkar televiziyaçının işsiz qala biləcəyini təsəvvür etmək istəmirəm…
Təki müvəqqəti olsun!
Murad Azimzadə: “Dəstəyiniz möhtəşəmdir”
Bir də yüzlərlə insanin kanal rehberliyine dikilen baxishlarini, ayin axiri ailelerimize, banklara ne deyeceyik suali ile ifadelenen simalarini dushunun… Desteyiniz ise mohteshemdir, qurur vericidir. Var olun!
Afət Telmanqızı: “Yaman günün ömrü az olar”
Amma bu günün də hardasa insana bir xeyri olur.Dostunu, düşmənini tanımaq üçün! Çətin vaxtda qaçıb gizlənənlər! Çətin vaxtda insanın yanında olmaq da bir qabiliyyətdir, mərifətdir,diqqətdir. O da hər kəsdə olmur!
ANS-in bağlanmasına sevinənlər nə düşünüb sevinirlər anlamıram. Axı, ANS elə sevinənlərin çoxu üçün məktəb olub. Çoxları üçün ümüd, güvən yeri olub. Dəqiq xəbər nöqtəsi olub. Kiminsə çətin anına sevinənlər bu cılızlıqdır! Acizlikdir!
natiqnaile
Natiq Nailəoğlu: “Aslan yaralanan da çaqqallar şirə dönür”
Amma her shey sağalınca bitər. Her gun bu vaxtlar ayilib xeberleri oxuyurdum ki, gunun esas xeberlerinden xeberdar olum ve efirde neden danishacaghimi bilim … Seher yemeyinden sonrada gergin ishe hevesle gedirdim.. Indide seher ayilib oxuyuram ki, belke ANS yayimini berpa eder ve bu xeberi gorub hevesle heyecanla ishe qacharam hele ki, ishe hevesle ve umidle gedirem!
İlkin Həsənli: ANS-in devizini xatırladım. Dünyada və Azərbaycanda baş verən prioritet xəbərləri ANS TV-dən baxa, ANS ÇM-dən dinləyə, ANSPRESS-dən oxuyaq tezliklə inşallah!
Ilkin Mustafayev
Işdə olarken…Yixilmadiq, ayaqdayiq…
Anar İbrahimli
Bağlanmağına sevinənlər, arzunuz istədiyiniz ürəyinizdə qalacaq !!!
Narmin Shiralizadeh: ANS TV-ye yayım !!!
Идрак Джамалбейли: Dost duwmenin bele gunde belli olmasini istemezdim