BolgeXeber.Com » Xəbərlər » Elnur Aslanov Nazirlikdəki kreslosunu da İTİRİR?

Elnur Aslanov Nazirlikdəki kreslosunu da İTİRİR?

21-07-2016, 13:14
Oxunub: 2 652 Elnur Aslanov Nazirlikdəki kreslosunu da İTİRİR?Amma yenə də Azərbaycan respublikası prezidneti İlham Əliyev comərtlik göstərdi və onu tamamilə işsiz qoymadı

Azərbaycan dövləti Fətullah Gülən şəbəkəsinə qarşı bir il öncə başlatdığı mübarizənin ilk qurbanı, o dövürdəAzərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiriElnur Aslanov oldu.Buna səbəb cənab Aslanovun adının Fətullah Gülən camaatı ilə daha çox hallanması idi.Digər bir tərəfdən Fətullah Gülənə yazdığı iddia edilən məktub və digər məsələlər Elnur Aslanovun tutduğu vəzifəsini itirməsinə səbəb oldu.Aslanov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdirikimi təkcə siyasi təhlillər və hansısa açıqlamalarla məşğul olmurdu.Onun nəzarətində olarla media vardı ki,bu media vasitəsi ilə gündəlik özünün piarın belə aparır,maraqlarına uyğun gəlməyən şəxslərin tənqid edilməsin bu mediada həyata keçirirdi.
Amma yenə də Azərbaycan respublikası prezidneti İlham Əliyev comərtlik göstərdi və onu tamamilə işsiz qoymadı. 14 avqust 2014-cü il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəşiliyin İnkişafı şöbəsinə müdir vəzifəsinə təyin edilən Elnur Aslanov elə o dövürdən hələlik səssiz və sədasız görünməkdədir.Amma qaraş ölkə türkiyədə Fətullah Gülən terror Təşkilatının dövlətin müxtəlif sahələrinə sızdıqları kimi,ordu içərisinə də sızaraq 15 iyunda hərbi çevriliş yolu ilə hakimyətə gəlmək istəmələri, göstərdi ki, gülən camaatının nəyin ki,üzvüləri,onlara pərəstiş edən,hörmət qoyan,müəyyən qədər simpatiyası olanlar belə hansısa vəzifələrdə qalmamalıdırlar.Zamanı çatanda elə ilk olaraq bu insanlardan birinci zərbəni almaq olar.
Əgər ANS terrorçu başı Gülənin vermiş olduğu müsahibənin anonsuna görə bir ay müddətinə bağlanılırsa, o zaman hazırda Elnur Aslanov və onun kimi onlarla gülənə simpatiyası olanlar da cəzalandırılmalı və tutduqları vəzifələrdən uzaqlaşdırılmalıdırlar.
Digər bir tərəfdən Türkiyənin baş naziri Binəli Yıldırım açıqlama verib ki, Rəcəb Tayyibb Ərdoğan Azərbaycana rəsmi səfər edəcək. Ərdoğanın ilk olaraq baş verən hadisələrdən sonra ölkəmizə təşrif buyurması ciddi mətləblərdən xəbər verir.Bunların başında isə ölkəmizdəki Gülənçilərdi.Bilmək olmaz bəlkədə Ərdoğanın səfəri zamanı çantasındakı gülənçilərlə bağlı siyahının başında elə Elnur Aslanov gəlir.
Rəcəb Tayyib Ərdoğanın çantasında Elnur Aslanovun adı varsa,o zaman Aslanov yavaş-yavaş şələ-şüləsin oturduğu nazirlikdən yığmalıdır.
Vətəninfo.az