BolgeXeber.Com » Xəbərlər » Məşhur vəkil Şəfiqə Nağıyevanın fəaliyyəti dayandırılıb, onunla bağlı Baş Prokurorluğa müraciət göndərilib
Məşhur vəkil Şəfiqə Nağıyevanın fəaliyyəti dayandırılıb, onunla bağlı Baş Prokurorluğa müraciət göndərilib
21-07-2016, 16:30
Oxunub: 3 473
Vəkil Şəfiqə Nağıyevanın fəaliyyəti 6 ay müddətinə dayandırılıb
Bu barədə "Report"a Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin üzvü İradə Cavadova məlumat verib.
Onun sözlərinə görə, ötən gün VK-da keçirilən iclasda bu barədə qərar qəbul edilib: "Bu ilin yanvar ayından Şəfiqə Nağıyeva ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə xeyli şikayətlər daxil olub. Bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyəti də onu dəfərlərlə iclaslara dəvət edib. Lakin Şəfiqə xanım iclaslara heç bir əsas göstərmədən qatılmadı. O, gəlməməsi ilə bağlı izahatlar da yazmadı.
Digər tərəfdən, o, işlədiyi hüquq məsləhətxanasında bir çox qanun pozuntularına yol verib. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən, onun fəaliyyəti 6 ay müddətinə dayandırılıb.
Bundan başqa, iclasda vətəndaşların şikayəti ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinin araşdırma səlahiyyəti olmadığı üçün Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edilib. Bunu artıq Baş Prokurorluq araşdıracaq".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər