BolgeXeber.Com » Xəbərlər » “Referendum Aktı layihəsində parlamentin hansı hallarda buraxıla biləcəyi göstərilib”
“Referendum Aktı layihəsində parlamentin hansı hallarda buraxıla biləcəyi göstərilib”
25-07-2016, 16:50
Oxunub: 3 551
Azərbaycanda 7 il əvvəl keçirilən referendumdan sonra ölkənin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatında xeyli dəyişiklik baş verib
“Azərbaycanda 7 il əvvəl keçirilən referendumdan sonra ölkənin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatında xeyli dəyişiklik baş verib. Dövlət idarə etmə sisteminin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyət və prinsiplərinin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının daha da yüksək səviyyədə təyin olunması baxımından referendumun böyük əhəmiyyəti var”
Bunu APA-ya Azərbaycan Milli Məclisinin birinci vitse spikeri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovbildirib.
Z. Əəsgərov qeyd edib ki, Referendum Aktına layihəsində Milli Məclisin səlahiyyətləri azalmır, əksinə parlamentin normal fəaliyyətdə işləməsi üçün yeni mexanizm təklif olunur: “Fövqəladə hal baş verdikdə parlamentin fəaliyyəti iflic vəziyyətə düşməsin deyə prezidentə Milli Məclisi buraxmaq səlahiyyəti verilir. Layihədə Milli Məclisin hansı hallarda buraxıla biləcəyi göstərilib. Məsələn, Milli Məclis eyni çağırış bir ildə iki dəfə Azərbaycan Nazirlər Kabinetinə etimadsızlıq göstərərsə, buraxılacaq”.
Z. Əsgərov bildirib ki, yaxın gələcəkdə Milli Məclisin buraxılmasını güman etmir.
O, Azərbaycan xalqının Referendum Aktını dəstəkləyəcəyinə əmin olduğunu vurğulayıb.
Qeyd edək ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib. Bu gün Konstitusiya Məhkəməsinin iclasında akta rəy verilib və sabah Mərkəzi Seçki Komissiyasının bununla bağlı iclası keçiriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər