BolgeXeber.Com » Xəbərlər » Sentaybrın 26-sı referendumdur - İlham Əliyevdən sərəncam

Sentaybrın 26-sı referendumdur - İlham Əliyevdən sərəncam

26-07-2016, 16:56
Oxunub: 2 594 Sentaybrın 26-sı referendumdur - İlham Əliyevdən sərəncamİlham Əliyev Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında Sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda referendum sentyabrın 26-na təyin edilib.

Sərəncama əsasən, Nazirlər Kabinetinə ümumxalq səsverməsinin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirtmək tapşırılıb.

Xatırladaq ki, iyulun 25-də Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı layihəyə baxılıb. Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.