Qaxda film kimi hadisə: İstirahətə getmişdilər, xəstəxanalıq oldular
27-07-2016, 10:21
Oxunub: 3 190
Qaxda 46 yaşlı kişini ilan sancıb
Bolgexeber.com bildirir ki, Qax Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, iyulun 26-da, saat 23:30 radələrində Qax şəhəri, Məmmədəli Məmmədov küçəsi ev 15-də yaşayan 1970-ci il təvəllüdlü Əhməd Məmmədyə oğlu Hacıyev ilan sancma xəsarəti ilə, onunla eyni küçədə yaşayan 1986-cı il təvəllüdlü Elşən Yaqub oğlu Musayev isə zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
Həkim müayinəsi zamanı məlum olub ki, Əhməd Hacıyev və Elşən Musayev axşam saatlarında Kürmük çayının kənarında istirahət edən zaman ilan qəfildən Əhməd Hacıyevin sol ayağının topuq nahiyəsindən sancıb. İlan sancmasından sonra Elşən Musayev isə Əhməd Hacıyevin ilan sancan nahiyəsindən zəhər bədənə keçməsin deyə sorub.
Bu səbəbdən Elşən Musayevdə qismən zəhərlənmə əlamətləri büruzə verib. Hər iki şəxs xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib. Əhməd Hacıyevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Lazımi tibbi yardım göstərilən Elşən Musayevə ilan zəhərinə qarşı zərdab vurulmasa da, o, həkim nəzarəti altındadır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər