BolgeXeber.Com » Xəbərlər » Şirvandakı partlayış nəticəsində iki nəfər vəfat edib-RƏSMİ

Şirvandakı partlayış nəticəsində iki nəfər vəfat edib-RƏSMİ

27-07-2016, 11:04
Oxunub: 2 915 Şirvandakı partlayış nəticəsində iki nəfər vəfat edib-RƏSMİBundan öncə hadisə nəticəsində 11 nəfərin xəsarət aldığı barədə bildirilirdi

İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda baş vermiş hadisə nəticəsində zavodun iki əməkdaşı – Məmmədov Ağamir Allahyar oğlu və Nuriyeva İlhamə Əsgər qızı dünyalarını dəyişiblər.

Nazirlikdən Trend-ə verilən məlumata görə, iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda hadisə baş verib.

Bundan öncə hadisə nəticəsində 11 nəfərin xəsarət aldığı barədə bildirilirdi.
Bolgexeber.com