BolgeXeber.Com » Xəbərlər » ÇL: “Qarabağ” səfərdə Çexiya çempionu ilə heç-heçə oynadı

ÇL: “Qarabağ” səfərdə Çexiya çempionu ilə heç-heçə oynadı

27-07-2016, 11:57
Oxunub: 2 221 ÇL: “Qarabağ” səfərdə Çexiya çempionu ilə heç-heçə oynadıİyulun 26-da Ağdamın “Qarabağ” futbol klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) komandasının qonağı olub

Plzen şəhərindəki “Dusan Arena”da keçirilən qarşılaşmanı makedoniyalı baş hakim Aleksandar Stavrev idarə edib.
Görüşün ilk hissəsində Çexiya təmsilçisi üstün olsa da, hesab açılmayıb. İkinci hissəyə də “Viktoriya” fəal başlayıb. Görüşün 75-ci dəqiqəsində kobud oyuna görə, “Viktoriya”nın futbolçusu Yan Baranek ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Rəqib komandanın azlıqda qalmasına baxmayaraq “Qarabağ” bundan yararlana bilməyib.
Beləliklə, “Viktoriya” - “Qarabağ” oyununda hesab açılmayıb.
Komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.(AzərTAc)