Tikinti şirkətlərinin sayğac fırıldağı
27-07-2016, 11:32
Oxunub: 3 044
Vətəndaşlar mənzillərini təmir etməmiş sayğacpulu ödəməyə məcbur edilir
Ölkənin tikinti sektorunda baş verən qanunsuz hallar yetərincədir. Yeni tikilən binaların qəbul edilməsindən tutmuş, təmirə qədər müşahidə edilən problemlər insanların əziyyətlərlə qarşılaşmasına gətirib çıxarır. Süni yaradılan problemlər mənzil həsrəti çəkən insanların nəhayət ki, bu sevinci yaşamasına imkan vermir. Vətəndaşların mənzillə bağlı daha çox üzləşdiyi problemdən biri də sayğaclarla bağlıdır. Yeni tikintilərin əksəriyyətində mənzilin təmirinə başlamamış vətəndaşlardan sayğacların pulunu ödəmək tələb edilir. Halbuki, qanunvericilik vətəndaşların bu cür hallara məcbur edilməsini qadağan edir.
Xatırladaq ki, Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklərlə 6 yanvar 2010-cu ildə bu məsələ vətəndaşların xeyrinə həll olunub. Həmin tarixdə qəbul edilən qərarda deyilir ki, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Lakin vətəndaşlar bir qayda olaraq, təmirdən öncə sayğacların pulunu ödəməyə məcbur edilirlər. Insanları düşündürən əsas sual da məcbur edildikləri işə görə hara və kimə müraciət etmələridir.
“Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri, vəkil Müzəffər Baxışov deyir ki, şirkət rəhbərləri yeni tikilən binalarda öz qaydalarını tətbiq etməklə idarəetməni həyata keçirirlər. Bu qaydalar mövcud qanunverciliyin tələblərinə uyğun olmasa da, insanlar tələb edilən xidmət haqlarını ödəməyə məcbur edilirlər: “Əslində, tərəflər arasında bağlanan müqavilələrdə vətəndaşlar onlara hansı xidmətlərin göstərilməsi barədə bəndlərlə tanış olmalıdılar. Hansı xidmətlərə görə nə qədər pul alınacağı da göstərilməlidir. Lakin belə müqavilələr yoxdur və mənzillərin açarları tikinti şirkətlərində olduğu üçün onlar da istədiklərini edirlər. Açarları vətəndaşlara vermədiklərindən onlar da məcbur olub, tələb edilən xidmət haqqını ödəyirlər. Bütün bu məsələlər müqavilələrlə tənzimlənməlidir. Lakin xidmət göstərən təşkilat öz üzərinə heç bir vəzifə götürmür. Ölkədə hüquqi dövlət olmadığı üçün belə problemlər yaşanır. Insanlar məhkəmələrdə də öz hüquqlarının bərpasına nail ola bilmirlər. Nəticədə vətəndaşlar tikinti şirkətlərinin qanunsuz tələblərini yerinə yetirməyə məcbur olurlar”. azadliq.info
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər