BolgeXeber.Com » Xəbərlər » Baş pilota referendum möhləti: AAAF əldən çıxır

Baş pilota referendum möhləti: AAAF əldən çıxır

28-07-2016, 12:33
Oxunub: 1 762 Baş pilota referendum möhləti: AAAF əldən çıxır AZAL prezidenti Cahangir Əsgərovun baı üzərində “qara buludlar” dolaşır...

Politika.Az-ı məlumatlandıran mənbənin sözlərinə görə, baş pilot üçün sınaq müddəti başlanıb. Sentyabrın 26-dan sonra müqəddəratı müəyyən ediləcək. AZAL şefinin referendumdan sonra postunu tərk edəcəyi istisna olunmur. Artıq AZAL kluarlarında gedən müzakirələrə görə ölkənin əsas hava yolları şirkətinə yeni rəhbər gətirilməsi aktuallaşıb. Amma hələ ki C.Əsgərovun barəsində yekun qərar verilməyib. AZAL-ın yeni prezidentinin kim olacağı haqda müxtəlif versiyalar səslənir. İndiki halda Əsgərovun vəzifəsini itirəcəyi halda biznesinin də əldən çıxacağı gündəmdədir. Hakimiyyət daxilində rəqiblərinin ona qarşı birləşməsi və AZAL prezidentinin çıxdaş olunması işini çətinə salıb. Politika.Az-a daxil olan xəbərdə bildirilir ki, C.Əsgərov gedəcəyi halda AAAF tikinti şirkətinin də əlindən alınacağı gözlənilir. AZAL şefi isə referenduma qədər verilmiş möhlətdən geninə-boluna istifadə etməli və postunu qorumaq uğrunda çırmanıb iqtidar daxilindəki onac qarşı klanı neytrallaşdırmalıdır. Əks halda bakılı məmur naxçıvanlı qruplaşmaya uduza bilər. Nəticə etibarı ilə AAAF əldən çıxa bilər. “AAAF Park” yaşayış kompleksi “Zirvə”yə məxsusdur. Klubun prezidenti Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) keçmiş vitse-prezidenti Tofiq Heydərovdur. O, həm də yuxarıda alqı-satqı müqaviləsini “AAAF İnşaat” MMC-nin baş direktoru olaraq imzalayan şəxsdir. Hər kəsin tanıdığı AZAL Dövlət Konserninin prezidenti Cahangir Əsgərov isə Azərbaycan Ağır Atletika Federasiyası - yəni AAAF-ın prezidentidir. Xatırladaq ki, Əsgərov Cahangir Cəlal oğlu 11 iyul 1950-ci ildə Bakıda anadan olub. Leninqrad Mülki Aviasiya Məktəbini bitirən Cahangir Əsgərov Bakı şəhəri Zabrat Birləşmiş Aviadəstəsində eskadrilya müdiri, uçuş dəstəsi komandirinin müavini vəzifələrində çalışıb. 1978-ci ildən Yevlax Birləşmiş Aviadəstəsinin komandiri, Hava limanının rəisi postunda işləmiş, bir ildən sonra adı korrupsiyada hallandırılmış və tutduğu vəzifədən uzaqlaşdırılmışdır. 1991-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993-cü ildən isə Dövlət Konserninin Türkiyədə baş nümanyəndəsi vəzifələrində işləmişdir. "Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru vəzifəsinə 1996-cı ildə gətirilib və bu günə qədər sözügedən postda möhkəm oturub. Evlidir, 2 övladı var.

Bolgexeber.com