AZAL-dan növbəti biabırçılıq — İşçidən şikayət edən qadını yoxladılar
1-08-2016, 09:50
Oxunub: 3 309
Son illər Azərbaycanda ən çox tənqid olunan şirkətlərdən biri olan "Azərbaycan Hava Yolları”yla (AZAL) bağlı sərnişinlərin şikayəti durmadan artır
Qadın müştərilərdən biri Feysbuk hesabında şirkət işçisinin fəaliyyətindən narazılığını ifadə edib.
“AZAL şirkətinə məxsus Bakı-Naxçıvan təyyarəsi dünən üçüncü reys üçün 9 saat, daha iki reys üçün 7 və 5 saat gecikdi. Yaxınlaşıb səbəbini soruşanda şirkətin tərbiyəsiz işçisi cavab verir: “Xoşun gəlmir, Türk Hava Yolları ilə İstanbuldan uç”.
Şikayət etmək istəyəndə cavab verir: “Siz Azal rəhbərliyinə heç nə deyə bilmərsiniz. Əla şirkətdir, rəhbərlik isə sizə görə yuxusundan olmamalıdır”.
Şikayət etdiyimə görə məni təhlükəli şəxs adlandırdılar, xüsusi yoxladılar. Təhlükəsizlik xidmətinin rəhbəri isə dedi ki, mənim onlara söz deməyə ixtiyarım yoxdur.
Bir ölkədə əsas hava nəqliyyatı şirkəti işçilərini "Məmmədin qohumu" prinsipi ilə işə götürəndə ona söz də deyə bilmir.
AZAL-ın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Paşa bəy isə bütün suallara cavab olaraq hamını sayta yönəldir”. (qafqazinfo)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər