Prokurorluğa qulluğa qəbulla bağlı imtahanın vaxtı açıqlanıb
1-08-2016, 18:26
Oxunub: 3 573
Müsabiqənin yazılı imtahan mərhələsi 10 avqustda saat 10:00-dan başlayaraq 4 saat müddətində Bakı İdman Sarayında keçiriləcək
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi avqustun 10-da keçiriləcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, prokurorluq orqanlarına işə qəbulun aşkarlıq şəraitində demokratik və şəffaf prosedurlar əsasında beynəlxalq tələblər səviyyəsində aparılmasını təmin edən Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsi 10 avqustda saat 10:00-dan başlayaraq 4 saat müddətində Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti, 26A) keçiriləcək.
İmtahanı müşahidə etmək üçün ölkədə fəaliyyət göstərən dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri də dəvət ediləcəklər.
Yazılı imtahana buraxılmış namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks etdirilib.
Namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi”ni və “Yaddaş kitabçası”nı 8-9 avqust tarixlərində saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Baş Prokurorluğun inzibati binasının qəbul otağında (Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.
Əlavə məlumat almaq üçün 492-06-82, 492-62-23 və 437-28-56 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər