BolgeXeber.Com » Xəbərlər » Ayağı səhv kəsilən xəstənin həkimi: “Xəstəxanadan çıxandan sonra xəstəni müşahidə etmək bizim işimiz deyil”

Ayağı səhv kəsilən xəstənin həkimi: “Xəstəxanadan çıxandan sonra xəstəni müşahidə etmək bizim işimiz deyil”

2-08-2016, 12:36
Oxunub: 2 337 Ayağı səhv kəsilən xəstənin həkimi: “Xəstəxanadan çıxandan sonra xəstəni müşahidə etmək bizim işimiz deyil”"Xəstə xəstəxanadan çıxıb gedəndən sonra onu müşahidə etmək bizim işimiz deyil"

Bolgexeber.com bildirir ki,bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin həkim-cərrahı Əfsər Rzazadə deyib.
O, iyun ayında sol ayağı əvəzinə sağ ayağı kəsilən, sonradan sol ayağı da kəsilən və iki gün əvvəl vəfat edən Məmmədova Tərlan Həsən qızının ölüm səbəbi barədə məlumatsız olduğunu bildirib: "Həmin xanımın ölümü ilə bağlı xəbəri saytlarda gördük".
"Report" Səhiyyə Nazirliyinin mətbuat xidmətinə də müraciət edib. Lakin mətbuat xidmətindən Məmmədova Tərlan Həsən qızının ölüm səbəbini bilmədiklərini deyiblər.
Xatırladaq ki, Ə.Rzazadə xəstənin sol ayağı əvəinə sağ ayağının kəsilməsi əməliyyatında assistent, sonradan isə T.Məmmədovanın həkimi olub.