“SuperOnline” dan müştəriləriyə hədə: "25 manat verəcəksən, yoxsa…"
2-08-2016, 18:23
Oxunub: 3 082
“SuperOnline” abunəçilərini ötürdüyü internet sürəti ilə aldatmaqla yanaşı, qanunsuz tələblərlə də çıxış edir
Gün ərzində AZXEBER.COM-un redaksiyasına sözügedən provayderlə bağlı şikayətlər daxil olub. İstifadəçilərdən biri internetin olmaması ilə bağlı provayderin qaynar xətti ilə əlaqə saxladığını, amma aldığı cavab qarşısında təəccübləndiyini deyib. Belə ki, problem həll edilmədiyi üçün şirkət öz əməkdaşını göndərəcəyini müştəriyə bildirib. Amma buna görə müştəridən 5 AZN ödəniş alınacağını xatırladıb. Problemin birbaşa qaynaqlanmasına səbəb olan şirkət “5 manat verməlisiniz, yoxsa texniki işçi göndərilməyəcək” deyə xəbərdarlıq da edib.
Şikayətçi dəfələrlə bunun istehlakçı hüquqlarına zidd olduğunu və satışı həyata keçirən bir şirkətin problemin həllini 5 manata görə ləngitməsinin doğru olmadığını xatırlatdığını bildirib. Ancaq şirkət təmsilçisi qaydaların bu cür olduğunu deyərək heç bir səbəb göstərməyib.
Məsələ ilə əlaqədar AZXEBER.COM-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, bu açıq-aydın istehlakçı hüququnun kobud şəkildə pozulması deməkdir:
“Satışı təmin edən provayder bütün yarana biləcək problemlərdən məsuldur. Buna görə, provayderin hansısa bir ödəniş tələb etməsi doğru deyil. Əgər problem mövcuddursa onun həll edilməsi lazımdır. Tələb edilən ödəniş isə istehlakçı hüquqlarının pozulmasına xidmət edir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər